Tarix : 2016 Jul 03
Kod 49509

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur"

bunu Tacikistanın xin rəhbəri ermənistanlı həmkarılə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Arannews- “Tacikistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz prinsipial mövqeyini davam etdirir. Münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur”.
bunu Tacikistanın xarici işlər naziri Sirociddin Aslov ermənistanlı həmkarı Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında bildirib.
S.Aslov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ikitərəfli görüş zamanı əsas müzakirə mövzusu olub: “Mən insan itkiləri ilə nəticələnən son dövrlərdəki gərginliklə bağlı narahatlığımı ifadə etmişəm. Bu münaqişə ilə bağlı bizim mövqeyimiz prinsipialdır. Bütün münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi istisnasız olaraq sülh yolu ilə həll edilməlidir”.


  • Yazılıb
  • da (də) 2016 Jul 03
  • Göndərən مدير سايت Aran News