Yəmənin keçmiş prezidenti Əli Abdullah Saleh müsahibə verdiyi verilişdə ərəb dünyasında baş qaldıran terrorçuluq fəaliyyətinnin səbəbkarı kimi Səudiyyə Ərəbistanını ittiham edib.
AranNews-un verdiyi xəbrə görə Ötən həftə Livanın “Əl-Mayadin” telekanalında yayımlanan verilişlərin birində Yəmənin sabiq prezidenti Əli Abdullah Saleh ərəb dünyasında mövcud olan terror təşkilatlarının ideoloji və maliyyə mənbəyinin Səudiyyə Ərəbistanı olduğunu bildirib.
Əli Abdullah Saleh, ABŞ və sionist rejimin, Səudiyyə Ərəbistan mənşəli vəhabi ideologiyasından istifadə edərək regiondakı qeyri stabilliyi alovlandırıb, öz müstəmləkəçi siyasətlərini həyata keçirmək üçün istifadə edir.
Bundan əlavə Əli Abudllah Saleh Səudiyyə Ərəbistanın Yəmənə təcavüzə başlaması vaxtı bu ölkənin səfirinin ona Səudiyyənin təcavüzünü dəstəkləməsi məqsədilə milyonlarla dollar təklif etdiyini bəyan edib. Əli Abdullah Saleh partiyasının Husilərlə fərqli fikrdə olduğuna baxmayaraq vurğulayıb ki, fikir ayrılığı Səudiyyə Ərəbistanın işğalçılığına qarşı bir olmağa heç bir əngəl törətmir. /eastnews.org/