Tarix : 2016 Jul 03
Kod 49511

Suriyada Su, ərzaq və dərman qadağası dəvam eidr

Iordaniyanın su, ərzaq və dərman qadağası 30 min Suriyalı uşağı acınacaqlı vəziyyətə salıb.
AranNews, “Maide.Az”-a istinadən xəbər verir ki, İordaniya hökuməti bu ölkənin şimalında Suriyalı qaçqınların düşərgəsinə su, ərzaq və dərmanların çatdırılmasını qadağan edib, bu səbəbdən 30 mindən çox Suriyalı uşaq aclıq təhlükəsi ilə üzləşib.
İŞİD, terror qruplaşmasının İordaniya sərhədçilərinə son hücumundan sonra bu ölkə Suriyalı qaçqınların düşərgəsinə su,yemək və dərman göndərməyi dayandırmağa qərar verib.  
Bu qərar bu düşərgədə yaşayan əksəriyyəti qadınlar və uşaqlar olan 70 min Suriyalı qaçqının vəziyyətini ağırlaşdırıb. 
İsti yay günlərində susuzluq, ərzaq və dərman çatışmamazlığı Suriya qaçqınlarının vəziyyətini daha da ağırlaşdırıb. Belə ki, qaçqınlar düşərgədə olan ağır duruma dözə bilməyir və hətta öz ölkələrinə qayıtmağa üstünlük verirlər. 
Sərhədsiz Həkimlər Təşkilatı bu düşərgədəki durumu beynəlxalq ictimaiyyət üçün böyük məğlubiyyət adlandırıb və bu düşərgədə aclıq durumunun getdikcə artdığını bildirib.
Düşərgədə beş yaşından aşağı 1300 uşaq var ki, onların 204-ü Xroniki qida pozğunluğundan əziyyət çəkir. Düşərgədə olan uşaqların 25 faizi ishaldan əziyyət çəkir.  
BMT-nin statistikasına görə, hazırda 650 min Suriyalı qaçqın İordaniyada yaşayır.  
Suriyada beş ildir ki, davam edən müharibələrdə 400 mindən çox insan həyatını itirib. Ölkənin 23 milyonluq əhalisinin yarısı evindən-eşiyindən didərgin düşüb.

  • Yazılıb
  • da (də) 2016 Jul 03
  • Göndərən مدير سايت Aran News