Tarix : 2016 Jul 03
Kod 49512

İran, Azərbaycan və Rusiya dəmiryolları rəsmiləri arasında üçtərəfli görüş keçirilib

Bakıda İran, Azərbaycan və Rusiya dəmiryolları rəsmilərinin üçtərəfli iclasında Rəşt-Astara-Astara dəmiryolu layihəsinin maliyyə cəhətindən təmin olunmasında Rusiyanın iştirakı araşdırılıb.
Arannews- Bakıda Azərbaycan, İran və Rusiya dəmiryolçuları arasında üçtərəfli görüş keçirilib.
Bakıda İran, Azərbaycan və Rusiya dəmiryolları rəsmilərinin üçtərəfli iclasında Rəşt-Astara-Astara dəmiryolu layihəsinin maliyyə cəhətindən təmin olunmasında Rusiyanın iştirakı araşdırılıb.
 “Azərbaycan Dəmir Yolları” QSC-nin sözçüsü Nadir Əzməmmədov bu xəbəri bildirərək deyib: Bu iclasda şimal-cənub dəhlizinin təkmilləşdirilməsi istiqamətində üç ölkənin əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb.
İranın Dəmiryol Şirkətinin beynəlxalq əlaqələr üzrə baş direktoru Abbas Nəzərinin başçılıq etdiyi İran İslam Respublikasının heyəti bu üçtərəfli iclasda iştirak edib.
Azərbaycanın Astara terminalının bir hissəsindən İran Astarasına qədər dəmiryolunun çəkilməsi, eləcə də Qəzvin-Rəşt hissəsində dəmiryolunun çəkilməsi, Rusiyanın dəmiryol şirkətinin Rusiya-Azərbaycan-İran və əks istiqamətdə yüklərin daşınmasının artırılmasında iştirakı bu üçtərəfli iclasda müzakirə obyektlərindən olub.
 “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu iclasda etdiyi çıxışında xatırladıb: Azərbaycan prezidenti İlham Əliyev 2015-ci il 7 dekabrda şimal-cənub nəqliyyat dəhlizinin azərbaycan hissəsində işlərin sürətləndirilməsi barədə fərman verib və hal-hazırda Astara körpüsü üzərində 82,5 metrlik dəmiryolu körpüsü tikilməsi, Astara terminalından İran sərhədinə qədər 8,3 kilometrlik dəmiryolu xəttinin çəkilməsi üzrə işlər gedir.
Qurbanovun sözlərinə görə, qeyd olunan körpü və dəmiryolu 2016-cı ilin sonuna qədər sona çatacaq.
Şimal-cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi üzrə razılaşma 2000-ci ildə Rusiya, İran və Hindistan arasında Sankt-Peterburq şəhərində imzalanıb.
Azərbaycan 2005-ci il sentyabr ayında bu razılaşmaya qoşulub.

 

  • Yazılıb
  • da (də) 2016 Jul 03
  • Göndərən مدير سايت Aran News