Sisi: "Tiran və Sənafir adalarının Səudiyyə aid olması ilə bağlı əlimizdə sənədlər var".
AranNews-un Təsnim Agentliyinə istinadən verdiyi xəbərə görə, Misirdə hərbi çevriliş vasitəsilə hakimiyyətə gələn prezident Əbdülfəttah Sisi yüksəkçinli dövlət rəsmiləri qarşısında çıxış edib.
O, çıxışında qeyd edib ki, bəzilərinin onu və hakimiyyətini Səudiyyə qarşısında zəif görməsi yaxşı hal deyil. Sisi vurğulayıb ki, Tiran və Sənafir adaları Səudiyyə Ərəbistanına məxsusdur: "Hər iki adanın Səudiyyə Ərəbistanına aid olması ilə bağlı əlimizdə sənədlər var".
Misir prezidenti qeyd edib ki, məhkəmə hansısa qərar versə, bu barədə münasibət bildirməyəcək və məhkəmə qərarına hörmət edəcək.