Tarix : 2016 Jul 03
Kod 49515

Rusiya yenidən genişmiqyaslı müharibə kampaniyasının başlayacağını anlayır

Rusiya sərhədləri yaxınlığında olan dondurulmuş münaqişələrin getdikcə daha təhlükəli olduğunu və həll yolları tapılmazsa, yenidən genişmiqyaslı müharibə kampaniyasının başlayacağını anlayır.
Arannews- Rusiya sərhədləri yaxınlığında olan dondurulmuş münaqişələrin getdikcə daha təhlükəli olduğunu və həll yolları tapılmazsa, yenidən genişmiqyaslı müharibə kampaniyasının başlayacağını anlayır.
Bu sözləri politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, son görüşlər Dağlıq Qarabağ probleminin həllində diplomatik dinamikaya və status-kvonun saxlanılmasının mümkünsüzlüyünə işarədir:
 “Yəni vəziyyət köklü surətdə transformasiya olunmalıdır. Təəssüf ki, vasitəçilər xeyli vaxt itkisinə yol verdilər. Bu, azmış kimi Rusiya ilə Qərb arasında anlaşılmazlıqlar, iki böyük güc arasında güclənən rəqabətin ağırlığı  da Qarabağ probleminin üzərinə düşürdü. Münaqişə bölgəsinə daha yaxın olan Rusiya hazırda bu məsələdə təşəbbüsü tamamilə ələ alıb. 2011-ci ildə Kazan prosesinin iflasa uğramasına baxmayaraq, Rusiya sərhədləri yaxınlığında olan dondurulmuş münaqişələrin getdikcə daha təhlükəli olduğunu və həll yolları tapılmazsa, yenidən genişmiqyaslı müharibə kampaniyasının başlayacağını anlayır. Buna görə də Rusiya bilir ki, heç olmasa, ilkin mərhələdə 5, daha sonra isə iki rayon Azərbaycana qaytarılmalıdır. Belə olan təqdirdə mərhələli həll planı özünü doğrulda bilər. Son dəyişikliklər birmənalı olaraq Azərbaycan diplomatiyasının uğurudur. Çünki Azərbaycanın qəti mövqeyi tək qarşı tərəfi yox, eləcə də vasitəçiləri Qarabağ məsələsinə səthi yanaşmamağa vadar edir”.


  • Yazılıb
  • da (də) 2016 Jul 03
  • Göndərən مدير سايت Aran News