Əl-Xəlil bölgəsini mühasirəyə alan sionist qüvvələri bölgədə genişmiqyaslı əməliyyata başlayıb.
AranNews-un verdiyi xəbərə görə, əl-Xəlil şəhəri yaxınlığında dini bir məktəbin direktorunun ölümü və üç nəfərin də yaralanması ilə nəticələnən silahlı hücumdan iki saat sonra sionist rejim əl-Xəlil şəhərini hərbi zona elan edib. Həmçinin sionistlər fələstinlilərin vergilərini də nəzarətə götürüb.
İşqalçi İsrail ordusunun 35-ci paraşütçülər briqadası ilə 13-cü Qolani briqadasını regiona göndərdiyi bildirilib. Əl-Xəlil bölgəsini mühasirəyə alan sionist qüvvələri bölgədə genişmiqyaslı əməliyyata başlayıb. Yerli mənbələrə istinadən verilən məlumatda İsrail qüvvələri bir çox bölgədə əsas küçələrə torpaq yığaraq bağladığı, hərbi barrikadalar qurduğu, nəqliyyat vasitələrinin dayandırılıb axtarış aparıldığı bildirilib.
Sionist əsgərlərindən bir qisminin əl-Xəlil şəhərinin şərqində yerləşən Deyr Razi mahalını əhatə edib evləri bir-bir axtardıqları, eyni şəkildə Vadi əş-Şəcinə bölgəsində də axtarışları davam etdirdikləri qeyd edilib. /tabnak.ir/