Birləşmiş Ərəb Əmirliklərində livanlı xanım "Hizbullah" hərəkatına yardım etmək ittihamı ilə həbs edilib.
AranNews-un “eastnews.org”-a istinadən verdiyi xəbərə görə, BƏƏ-də nüfuzlu əmirlərdən birinin həyat yoldaşı olan xanım "yüksəkçinli səlahiyyətlilərdən gizli məlumat almaq, "Hizbullah" hərəkatının siyasi və iqtisadi qanadına yardım etmək"də ittiham olunur.
Həbs olunan qadının şəxsiyyəti barədə isə hələ ki tam məlumat verilməyib. Faktı Abu Dabi məhkəməsi də təsdiqləyib.