Əfqanıstanın Nənqərhar vilayətində keçirilən hərbi əməliyyatlar zamanı ümumilikdə 225 İŞİD terrorçusu öldürülüb.
AranNews-un verdiyi xəbərə görə, ötən həftə ərzində Əfqanıstanın Nənqərhar vilayətində keçirilən hərbi əməliyyatlar zamanı ümumilikdə 225 İŞİD terrorçusu öldürülüb.
Əfqanıstan hökumətinin bu gün verdiyi bəyanatda Nənqərhar vilayətinin Kot rayonunda Əfqanıstan qoşunları və ABŞ hərbi hava qüvvələri tərəfindən keçirilən birgə əməliyyatlarda 225 terrorçunun məhv edildiyi qeyd olunub. Nəngəhar qubernatoru Səlim Kunduzi keçən həftə 131 İŞİD terrorçusunun zərərsizləşdirildiyini və bu əməliyyatlarda 12 əfqan əsgərinin həlak olduğunu söyləyib.
Əməliyyatlar zamanı təxminən 90 ev terrorçular tərəfindən yandırılıb. 500 ailə münaqişə zonasından qaçmağa məcbur olub. /dana.ir/