Taleh Bağırov və Fuad Qəhrəmanlının İşi BACM-nə Göndərilib. bu barədə Taleh Bağırovun vəkili Cavad Cavadlı məlumat yayıb.
Arannews- Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsində olan işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. bu barədə T. Bağırovun vəkili Cavad Cavadlı məlumat yayıb.
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.
F. Qəhrəmanlı isə, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.