Tarix : 2016 Jul 03
Kod 49520

ATƏT-in sədri: "Dağlıq Qarabağ münaqişəsi zonasında eskalasiya təhlükəsi çox böyükdür"

Frank-Valter Ştaynmayerin sözlərinə görə, belə vəziyyətdə dialoq və əməkdaşlığın möhkəmləndirilməsi üçün...
Arannews- “Dağlıq Qarabağ münaqişəsi zonasında eskalasiya təhlükəsi çox böyükdür”. 
bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ATƏT Parlament Assambleyasının Tiflisdə keçirilən 25-ci sessiyasında çıxışı zamanı deyib. 
Onun sözlərinə görə, belə vəziyyətdə dialoq və əməkdaşlığın möhkəmləndirilməsi üçün ATƏT və onun vasitələri lazımdır: “Bu münaqişə ilə bağlı “dondurulmuş” deyə bəhs etmək doğru deyil. 
Mən Ermənistan və Azərbaycandan gəlirəm. Söhbət Qarabağ münaqişəsi zonasında yenidən eskalasiyanın baş verməsindən gedir. Artıq 20 ildir yüz minlərlə insan qaçqın vəziyyətdə yaşayır”. 


  • Yazılıb
  • da (də) 2016 Jul 03
  • Göndərən مدير سايت Aran News