Tarix : 2016 Jul 04
Kod 49521

Avropa və ABŞ-da Beynəlxalq Qüds günü aksiyaları + FOTO

Avropa və ABŞ-da Beynəlxalq Qüds günü yürüşünə minlərlə insan qatılıb.
AranNews, “ABNA”-ya istinadən xəbər verir ki, etirazçılar sionist rejiminin tərətdiyi vəhşiliklərə dünya ictimaiyyətinin susmasını qınayan sözlər yazılmış plakatlar plakatlar qaldırıblar.
Aksiya iştirakçıları, həmçinin Bəhreyndə Əhli-Beyt(ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasımın vətəndaşlığının ləğv edilməsi ilə bağlı Bəhreyn rejimini qınayıblar və Avropa Birliyindən bu cür rejimlərlə əlaqələrini kəsməsini tələb ediblər.
Almaniyanın paytaxtı Berlində də Beynəlxalq Qüds günü yürüşü möhtəşəm keçib. Beynəlxalq Qüds günü yürüşünə minlərlə insan qatılıb. Nümayişçilər Fələstin xalqını və dövlətini dəstələdiklərini deyərək, sionist İsrail rejimi əleyhinə şüarlar səsləndiriblər.
Bu arada Almaniya yəhudiləri Mərkəzi Şurasının və Dünya Yəhudi Konqresinin vitse-prezidenti Jozef Şuster Berlində Qüds günü adıyla yürüş krçirilməsinə icazə verilməsini "biabırçılıq adlandırıb.
Berlin polisinin sözçüsü Tomas Neuendorf isə yürüşdə Hizbullah bayraqlarının daşınması və sinvollarından istifadə edilməsinin qadağan edildiyini vurğulayıb. Bu qadağalara baxmayaraq, yürüş iştirakçıları Hizbullaha dəstək verdiklərini bildirərək, sionist İsrail rejimi əleyhinə şüarlarını səsləndiriblər.
ABŞ-ın Vaşinqton, Los Anceles, Florida, Nyu York, Kaliforniya şəhərlərində Beynəlxaql Qüds günü münasibətilə yürüşlər, mitinqlər keçirilib.
Vaşinqtondakı anti-sionist yəhudi təşkiları da müsəlmanlara dəstək verərək, Qüds günü aksiyasına qoşulublar.


















  • Yazılıb
  • da (də) 2016 Jul 04
  • Göndərən مدير سايت Aran News