iyulun 2-də Məkkə -Mədinə yolunda misirli və sudanlı zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.
AranNews-un verdiyi xəbərə görə, Qəzada 19 zəvvar həyatını itirib, 25-i yaralanıb.
Misirin Səudiyyə Ərəbistanındakı səfiri Hişam əl-Naqib avtobusda 44 misirli zəvvarın olduğu və həyatını itirənlərin də misirli olduqlarını qeyd edib.
Xatrladaq ki, iyulun 1-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən Məscidul-Həram yaxınlığında baş verən insan izdihamında 18 nəfər xəsarət almışdı.
1 il öncə, 2015-ci ilin 24 sentyabrında isə Məkkədə "Şeytan daşlama" mərasimi zamanı yaranan izdihamda 770 zəvvar ölmüş, 4700 zəvvar yaralanmışdı.Həyatını itirənlərdən 460-nın İran vətəndaşı olduğu açıqlanmışdı. /Al-Ahram/