Tarix : 2016 Jul 04
Kod 49523

İraqda silsilə terror aktları törədilib

Bağdadda terror aktı nəticəsində ölənlərin sayı 165-ə yüksəlib, 168 yaralı var.


İraqın paytaxtı Bağdadda baş vermiş terror aktı ilə əlaqədar ölkədə üçgünlük matəm elan edilib.
AranNews, xəbər verir ki, bu barədə İraqın İNA agentliyi xəbər yayıb.
Bundan əvvəl “Əl-Cəzirə” telekanalı İraqın güc strukturundakı mənbəyə istinadən 131 nəfərin öldüyünü xəbər vermişdi.



Terror aktında yaralananların sayının isə 200 nəfərdən çox olduğu bildirilirdi.
Bomba yüklü avtomobil şiə müsəlmanların dini mərkəzi yaxınlığında dayandırılıb. Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Daha sonra İraq paytaxtının şimalında bazar yaxınlığında ikinci partlayış törədilib.
Xatırladaq ki, İraqın paytaxtı Bağdadda baş vermiş terror aktı ilə əlaqədar ölkədə üçgünlük matəm elan edilib. Bu barədə Baş nazir Heydər Abadi qərar verib. /Reuters/
  • Yazılıb
  • da (də) 2016 Jul 04
  • Göndərən مدير سايت Aran News