Sionist rejiminin 9-cu prezidenti Ərdoğanın İHH-nı tənqid etməsini məmnunluqla qarşıladığını dedi.
Şimon Peres, Ərdoğanın Davos çıxışı haqqında 7 ildən sonra ilk dəfə açıqlama verib.
"Qəlbimdə yaxşı hisslər var. İncimələrlə vaxtımı keçirmək istəmirəm. Gələcəyi dəyişməyimiz üçün keçmişlə ayrılmalıyıq. Xəyal qura bilməlisiniz. Olan oldu, qurtartı və getdi".
AranNews, xəbər verir ki, şimon Peres Hurriyet-dən Cansu Çamlıbelin suallarını cavablandırıb. Jurnalistin "Ərdoğan müqavilənin imzalanmasından sonra Mavi Mərmərənin səfərini təşkil edən İHH-ya qarşı tənqidi bir çıxış etdi.
"Məgər məndən soruşmuşdunuz və ya icazə almışdınız?" şəklində ifadələr işlətdi. Bu tonda dəyişikliyin baş verməsi sizi heç təəccübləndirmədimi?" sualına Peres belə cavab verib: "Əvvəllər olsaydı sevinərdim. Lakin həmişə dediyim kimi, keçmiş keçmişdə qaldı. Bu gün artıq heç bir mənası olmayan polemikalara girməyəcəyəm. Cənab prezidentin aydın şəkildə bunu dilə gətirməsini alqışlayıram. Əvvəllər söyləsəydi ağıllı bir davranış olardı. Amma nəticədə olan bu münasibəti də məmnuniyyətlə qarşılayıram". /Deyerler.org/