Küveyt Palamentinin deputatı ötən həftənin cümə günü bu ölkə paytaxtında yerləşən İmam Sadiq məscidində baş vermiş terror aktı ilə bağlı çıxış edib.
AranNews-un verdiyi məlumata görə, xanim Səfa Əl-Haşim, qeyd edib ki, baş verən terror aktlarının əsl səbəbkarı körfəz ölkələrində aparılan mənfi təbliğatlardır. Hətta məktəb dərsliklərində ifratçılığı yayan və şiələri təkfir edən materillar mövcuddur.”
Xanım Səfa Əl-Haşim söhbətinin davamında söyləyib: “İndiyə kimi biz şiə aliminin sünninin qətl edilməsi ilə bağlı hər hansı bir çağırış və fətvasını görməməşik. Ancaq bunun əksi həmişə baş vermişdi”. /FaktXeber/