Tarix : 2016 Jul 05
Kod 49533

Çin, Əfqanıstana hərbi yardım göndərdi

Pekinin Kabilin terrorla mübarizə kampaniyasına milyonlarla dollarlıq yardım öhdəliyinin bir hissəsi olaraq Əfqanıstan Çinin ilk hərbi ləvazimat yardımını qəbul edib.
AranNews, xəbər verir ki, Rusiya yük təyyarəsində Kabilə çatan yardımı Çin səfiri Yao Cinq Əfqanıstan Milli Təhlükəsizlik müşaviri Hənif Atmara təhvil verib.  
Göndərilən yardımın içərisində hərbi maşınların ehtiyat hissələri və Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri üçün silahlar, partlayıcı maddələr var. “Əfqanıstan bizim yaxın qonşumuz və strateji əməkdaşlıq etdiyimiz ölkədir. Ona görə də bu, bizim müntəzəm hərbi mübadilə və əməkdaşlığımızın başlanğıcıdır”, deyə səfir Cinq bildirib. /eastnews.org/

  • Yazılıb
  • da (də) 2016 Jul 05
  • Göndərən مدير سايت Aran News