Xəbər Lenti

Höccətül-islam Ali-Haşim: Azərbaycan Respublikası islamçı məhbusları azad etsin

Xəzər ölkələri bir neçə sənədi razılaşdırıblar

Sumqayıtda işçinin öldürdüyü müdir kimdir– “Hacı, ürəkləri yandırdın…” (Fotolar

İsrail hərbçiləri daha iki fələstinlini şəhid ediblər

"Bu adamların yeganə günahı vətənlərini sevmələridir"

AXCP rəhbərliyindən daha 3 nəfər həbs olundu

Təbrizin İmam cüməsi Azərbaycan prezidentinə müraciət edib

Oqtay Gülalıyev: Əfv sərəncamı ümidləri doğrultmadı

Nardaran işi 4: Şahidlər təqsirləndirilən şəxsləri tanımır

NİDA üzvü: Əfqan Muxtarlı ilə görüşə icazə vermədilər

Fələstinlilərə qarşı əməliyyatda İsrail xüsusitəyinatlısının başına böyük daş düşdü

"Donald Tramp da sələfləri Buş və Reyqan kimi tarix səhnəsindən silinib gedəcək"

Əsəd: “Dar baxış və maraqlara malik ölkələr siyasi səylərə mane olmağa çalışır”

ABŞ Paşinyan hökumətinə milyonlarla dollar ayıra bilər

`Dəmirbank`ın kreditorlarının DİQQƏTİNƏ

Şəhid əsgərin ailəsinin qazpulu borcu silinə bilərmi

ABŞ-İran münasibətlərinin Azərbaycana təsiri olacaqmı

Azərbaycan R-da məhbus dindarların azadlığı tələb olunub+Audio

MBH üzvünün məhkəməsi təxirə salınıb

İraqın "Sədr" hərəkatının rəsmisi İranla münasibətlərə aydınlıq gətirdi

Rusiyada terrorçularla əlaqədə şübhəli bilinən 8 nəfər saxlanılıb

Oğuzda silahlı şəxslər tutulub

Hökümətdən əfv sərəncamına islamçıların adının salınması istənildi

AXCP fəalı həbs edilib

Siyavuş Novruzov qız qaçırılmanı insan oğurluğu saymır

Milli Şuraya mayın 28-də mitinq keçirməyə icazə verilmədi

Ali Məqamlı Rəhbərin baxışında qonşu ölkələr

ABŞ Müqtəda Sədrin `Sairun` koalisiyası ilə əlaqəyə çalışır

ABŞ Paşinyana 140 milyon dollar ayıracaq

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Netanyahu onların qorxusundan hökumət iclaslarını yerın altına keçirib

İsrailin mühasirəsini qırmaq məqsədilə – Avropa gəmiləri Qəzzaya yola düşüb

Bakıda “Qarabağ dünən, bu gün və sabah” adlı elmi-praktik konfrans keçirilib

Qarabağ əlili: Polis şöbəsində məni öz əsamla döydülər

Müsavat Partiyasının fəalı 30 sutka həbsə məhkum edilib

Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

Seyid Əli Xamenei: "Qərb xalqlarının nail olduğu yerə çatmalıyıq" düşüncəsi səhvdir

Həbs edilən sabiq icra başçısından 10 gündür xəbər yoxdur

“Maarifçiliyə Dəvət” İB fələstinlilərin qətliamı ilə bağlı BƏYANAT yayıb

Arxiv
 
Tarix : 2016 İyul 05     |     Kod : 49535

Özünü İmam Əlinin(ə) nökəri hesab edən "ZİNƏDDİN"

Zinəddinin valideynləri Əlcəzairdən Fransaya üz tutan miqrantlar olub.

AranNews- 1953-cü ildə Əlcəzairdəki müharibə üzündən Parisə gedən ailə ötən əsrin 60-cı illərində Marsel yaxınlığındakı La-Kastellan şəhərciyinə köç ediblər. Zinəddin də 1972-ci il iyunun 23-də burada dünyaya gəlib. O, ailənin sonbeşiyidi. Zinəddinə qədər ailədə 4 uşaq böyüyürdü - bacısı Lila, qardaşları Camel, Farid və Nordin. Ailə başçısı univermaqda anbardar, anası isə evdar qadın idi. Evləri o qədər kiçik idi ki, ailə üzvləri yemək üçün masa arxasına növbə ilə keçirdilər. Zidanın atasının daimi işi olduğundan ailə məhəllədə normal yaşayan tək-tük ailədən biri idi. Zinəddinin böyüdüyü rayon cinayətkarların və işsizlrin ən çox məskunlaşdığı yer kimi məşhur idi.

Futbola gəlişi
Uşaq ikən futboldan başqa dzü-do ilə də məşğul olan qəhrəmanımızın bu idman növündə “yaşıl kəmər"i var. Zidan hətta skeytbordinq və velosiped idmanını da “dadmışdı". Lakin futbola olan həvəs hər şeyi üstələyirdi. O, futbolla ilk dəfə əksər uşaqlar kimi məhəllədə “tanış olmuşdu". Anası həmin günləri belə xatırlayır: “7 yaşı olanda məktəbdən evə qayıdan kimi çantasını atıb qardaşları ilə evimizin yaxınlığındakı stadiona qaçırdı. Onu evə qaytarmaq çox çətin idi. Evdə də dinc dayanmırdı. Onun ucbatından aldığımız çilçıraqların sayını xatırlamıram..."
10 yaşında futbolçu lisenziyası aldıqdan sonra yerli “Sen Anri" klubuna üzv yazıldı. İlyarım sonra o, “Setem-le-Vallon"a keçdi və 14 yaşına kimi bu komandada çıxış etdi. 14 yaşında ikən Fransa Futbol Federasiyasının nəzarəti altında fəaliyyət göstərən idman institutlarının birində baxışdan keçdikdən sonra “Kan”ın skautları Zidanı gözaltı etdilər. Ailənin böyük olması, xərclərin çoxluğu Zinəddinin “Kan”a gedən yolunu açdı. Klub nümayəndələri onun atasını inandıra bildilər ki, əgər oğlu “Kan”a keçsə, daha yaxşı şərtlər altında yaşayacaq və təhsil alacaq. Beləliklə, 1987-ci ildə Zidan ilk peşəkar müqaviləsinə imza atdı.

“Kan” və “Bordo"
Burada o, Elino ailəsində qalırdı. Məşqlərə gedib-gəlmək üçün ona xüsusi avtomobil ayrılmışdı. Elinolar ailəsində Zidanla daha bir futbolçu yaşayırdı - Amadey Arno. Zinəddin, Amadey və ailənin kiçik oğlu çox tez dostlaşmışdılar. İndiyə kimi Elinolar ailəsi çox uşaq himayəyə götürüb. Əminliklə demək olar ki, Zinəddin onların yadında əbədi qalacaq. Gənclər komandası ilə tez-tez səfərlərə çıxan Zidan ailə üzvləri üçün həmişə hədiyyələr gətirirdi.
Jan Fernandes “Kan”a baş məşqçi təyin olunduqdan sonra Zidan əsas komandaya cəlb edildi. 1989-cu il mayın 20-də o, əsas komandada debüt oyununa çıxdı. Gələcəyin ulduzu “Nant"la oyunun 78-ci dəqiqəsində Martensi əvəzləmişdi. Rəqibin heyətində Didye Deşam, Marsel Desai kimi gələcək ulduzlar çıxış edirdilər. Sonralar ilk oyunun xatırlayan Zidan 15 dəqiqə ərzində topa cəmi 3 dəfə toxunduğunu deyirdi: “Özümü heç vaxt o qədər xoşbəxt hiss etməmişdim. Axı, ulduzlarla, kumirlərimlə birgə oynayırdım. 15 dəqiqəyə 5 min frank qazandım. Bu, əvvəlki məvacibimdən 6 dəfə çox idi...”
Maraqlıdır ki, Zidan Liqa-1-də ilk qolunu da məhz “Nant"ın qapısından keçirib (8 fevral, 1991-ci il). 1991/92-ci illər mövsümündə yaşının az olmasına baxmayaraq “Zizu" komandanın əsas heyət oyunçusu idi. Həmin mövsüm “Kan” üçün uğursuz oldu və komanda aşağı dəstəyə düşdü. Liqa-2-də 1 mövsüm keçirdikdən sonra Zidanın komandası yenidən Liqa-1-ə qayıda bildi. Az sonra 19 yaşlı Zidan “Bordo"ya keçdi.
1992-ci ildə bütün Fransa demək olar ki, Zidandan danışırdı. “Bordo"nun çalışdırıcısı Rollan Kurbis Zidanı komandasına gətirmək üçün çox əziyyət çəkmişdi. Zinəddinin yaxın dostları Biksant Lizarazyü və Kristof Düqarri də “Bordo"da idilər. Bu mənada onun yeni kollektivə alışmasında problem yaranmadı. Fransanın ən yaxşı komandalarından biri olan “Bordo" yeni mövsümə debütant kimi başlayırdı. Çünki 1 il əvvəl komanda maliyyə saxtakarlığına görə aşağı liqaya göndərilmişdi. Mövsümün ilk 11 turundan sonra 8-ci pillədə qərarlaşan “Bordo" mövsümün sonunda liderlər qrupuna düşməyi bacardı. Liderdən 3 xal geri qalan komanda son turda PSJ-yə 0:5 hesabı ilə məğlub olmaqla 4-cü yerlə UEFA Kubokunda iştirak etmək üçün vəsiqə qazandı. Zidan isə 10 qolla komandanın bombardiri oldu.
Növbəti mövsüm həm komanda həm də Zidan daha da uğurlu çıxış etməyə başladı. 1996-cı ilin yayına kimi “Bordo"nun şərəfini qoruyan Zidan az sonra daha yüksək zirvələrə qədəm qoyacaqdı.

“Yuventus"
Zidanın “Bordo"da sərgilədiyi oyun Avropanın aparıcı futbol klublarının diqqətindən yayına bilməzdi. 1996-cı ildə Zidan “Yuventus"a transfer edildi. Zidanın gəlişinə kimi “Yuve" Çempionlar Kubokunu qazanmışdı. Belə də komanda Qitələrarası Kubok yarışında iştirak etməli idi. Zidanlı “Yuve" həmin turnirin qalibi oldu. Bu kubok Zidanın ilk samballı uğuru idi. Az sonra isə Turin təmsilçisi Avropa Superkuboku uğrunda oyunda PSJ-ni üstələdi. 1997 və 1998-ci illərdə “Yuventus" 2 dəfə A Seriyasının qalibi oldu, 1 dəfə isə ölkə suberkubokuna yiyələndi. “Yuventus"un bu uğurlarında Zidanın əməyi böyük idi. Bu üzdən 1998-ci ildə onun Avropanın ən yaxşı futbolçusu adını qazanması ədalətli idi. 1998-ci ildə Fransanın dünya çempionu olmasından sonra isə, ilin sonunda o, dünyanın ən yaxşısı adına layiq görüldü.
2001-ci ilin yayında yayılan xəbər çoxları üçün gözlənilməz oldu. Zidan “Real"a keçəcəyi ilə bağlı informasiyanı təsdiq etdi. Halbuki onun “Yuve" ilə 4 illik müqaviləsi var idi. 75 milyon avro qarşılığında Madrid klubuna keçən Zidan dünyanın ən bahalı futbolçularından biri kimi tarixə düşdü.

“Real"
Zidanın “Real" karyerası heç də yaxşı başlamamışdı. Fransız futbolçu yeni mühitə uyğunlaşmaqda çətinlik çəkirdi. O uzun müddət əvvəlki oyununu axtarsa da, nəticə yox idi. Doğrudur, ilk oyunlarda vurduğu qollarla bir ara çempionatın bombardirləri arasında yer alsa da, nə Zidan, nə də komandası baxımlı oyun sərgiləmirdi. Yekunda əlacsız qalan baş məşqçi Visente del Boske Zidana görə “Real"ın oyun sxemini dəyişməli oldu. Nəhayət, 2001-ci ilin sonlarında axtarışlar yekunlaşdı və “Real" adına layiq futbol göstərməyə başladı. 2002-ci ilin əvvəlində isə azarkeşlər əvvəlki Zidanı görməyə başladılar. 2001/02-ci illər mövsümündə Çempionlar Liqasının finalında “Bayer"in (Leverkuzen) qapısından fantastik qol keçirən Zidan komandasına həm qələbə, həm də kubok qazandırdı. Növbəti il İspaniya çempionluğunu qazanan “Real"ın liderlərindən biri də Zidan idi. Həmin vaxt Zizu ilə yanaşı “Kral klubu"nda Fiqu, Ronaldo, Bekhem, Roberto Karlos, Raul, Kasilyas kimi ulduzlar çıxış edirdi. Qəhrəmanımız 2006-cı ildə “Real"da peşəkar klub karyerasına son qoydu.

Milli
Zidan 1994-cü il avqustun 17-də millidə ilk oyununa çıxıb. Debüt möhtəşəm alınıb. Çexiya ilə yoldaşlıq oyununda sonradan oyuna qoşulan Zizu vurduğu 2 qolla komandasını məğlubiyyətdən xilas edib. Bundan sonra yığmaya mütəmadi dəvət alan Zidan Fransanın 1998-ci ildə dünya, 2000-ci ildə isə Avropa çempionu olmasında böyük pay sahibi olub. Onun mundialın finalında Braziliyanın qapısından başla keçirdiyi 2 qol azarkeşlərin yadında yaxşı qalıb. 2006-cı ildəki mundialın finalı İtaliyanın dünya çempionu olmağı ilə bərabər Zidanın peşəkar futbolçu karyerasını bitirməsi ilə yadda qaldı. Oyunun gedişində qol vuran Zidan 2 mundialın finalında qol vuran sayca 4-cü futbolçu oldu. Matçın sonlarına yaxın isə rəqib futbolçu Marko Materatsi ilə aralarında yaranan mübahisə Zidanın italiyalıya “kəllə atması" ilə yadda qaldı və meydandan qovuldu. Buna baxmayaraq o, mundialın ən yaxşı futbolçusu seçildi. Dünya çempionatından az sonra Zidan karyerasını bitirdiyini açıqladı.

Məşqçi karyerası
2009-cu il iyunun 1-də Zidan seçkilərdə dəstəklədiyi “Real"ın prezidenti Florentino Peresin köməkçisi təyin olundu. 2010-cu il noyabrın 12-də isə klub prezidentinin məsləhətçisi vəzifəsinin icrasına başladı. 2011-ci il iyulun 8-də “Real"ın idman direktoru olduqdan sonra idman meneceri diplomu almaq üçün təhsilini davam etdirdi və Limoj Universitetinə qəbul olundu. 2012-ci ilin sentyabrında idman direktorluğundan gedən Zidan klubun Futbol Akademiyasında məşqçiliyə başladı. 2014-cü ilin əvvəlində 2 illik təhsilini başa vuran məşqçi həmin ilin yayında “Real Kastilla"ya baş məşqçi təyin olundu. Bu ilin yanvarında isə “Real"ın baş məşqçisi postuna gətirildi.

Maraqlı faktlar
Parisdə Zidanın Materatsiyə kəllə vurmasını özündə əks etdirn heykəl var.
Tanınmış idman jurnalisti Enrike Orteqa Zinəddin Zidan haqda “Zidan, sadə qəhrəmanın zərifliyi" adlanan kitab yazıb. Kitabda əfsanəvi futbolçunun həyatı, peşəkar karyerasından bəhs edilir.
Marko Materatsi 2007-ci ilin avqustunda fransalını təxribata çəkdiyini etiraf edib. Zidanın bacısını təhqir edən müdafiəçi, hadisə ilə bağlı kitab da yazıb. “Əslində mən Zidana nə dedim" adlanan kitabda onun Zidanla dialoqu 249 variantda verilib.
Zidan milliyətcə ərəbdir. İslam dininə etiqad edir. O, müsahibələrinin birində özünü İmam Əlinin (ə) nökəri adlandırıb.
“Yuventus" Zidanı “Bordo"dan 3 milyon avroya alıb “Real"a 75 milyon avroya satıb.
Futbol oynadığı vaxt basketbolçu Toni Parkerdən sonra ən çox qazanan fransız idmançı idi.
2001-ci ildən BMT-nin xoş məramlı səfiri olan Zidan indiyə kimi xeyriyyə məqsədilə milyonlarla dollar vəsait xərcləyib.
Ən böyük arzusu nə vaxtsa Fransa yığmasını çalışdırmaqdı.

Ailəsi
Veronika Fernandes ilə 1989-cu ildə Kanda tanış olublar. Veronika əslən Andalusiyadandır. O vaxt Zinəddin “Kan”ın futbolçusu idi, Vera isə balet məktəbində təhsil alırdı. 1994-cü il mayın 29-da onlar nikaha giriblər. Cütlüyün 4 övladı var - Enso (1995), Luka (1998), Elyas (2002) və Teo (2005). Enso hazırda “Real"ın “C" komandasında çıxış edir, yarımmüdafiəçidir. Luka da qardaşı kimi “Real"ın futbolçusudur. Qapıçılığı seçən Luka Fransanın U-17 yığmasının üzvüdür. Elyas və Teo da futbolla məşğul olurlar.

Uğurları
“Bordo”: İntertoto Kuboku (1995)
“Yuventus”: 2 dəfə İtaliya çempionu (1996/97, 1997/98),
UEFA Superkuboku (1996), Qitələrarası Kubok (1997), İtaliya Superkuboku (1997)
“Real": İspaniya çempionu (2002/03), 2 dəfə İspaniya Superkubokunun qalibi (2001, 2003), Çempionlar Liqası qalibi (2002), UEFA Superkuboku (2002), Qitələrarası Kubok (2002)
Milli: Dünya (1998) və Avropa (2000) çempionu, Dünya çempionatında 2-ci yer (2006), Avropa çempionatının bürünc mükafatçısı (1996), 2 dəfə Kral Hassan Kubokunun qalibi (1998, 2000).
Şəxsi: FİFA-nın versiyasına görə 3 dəfə (1998, 2000, 2003) dünyanın ən yaxşı futbolçusu, Avropanın ən yaxşı futbolçusu (1998), mundialın ən yaxşı futbolçusu (2006)... Ümumiyyətlə, Zidanın kolleksiyasında irili-xırdalı 30-a yaxış mükafat var. Onların arasında Fransa və Əlcəzair dövlətlərinin ordenləri də yer alıb./“Het-trik news” qəzeti/


Yazılıb da (də)   2016 İyul 05  Saat  10   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin