İranlı “div” adina tanınan idmançı İŞİD-lə döyüşmək üçün könüllü olaraq İran ordusuna qatılacaq.
AranNews, xəbər verir ki, Sajad Qəribi bu haqda “Instagram” hesabında yazıb.
Çəkisi 155 kiloqram olan idmançı İŞİD-ə qarşı döyüşmək üçün Suriyaya gedəcəyini söyləyib.
İranlı “div”i “Game of thrones” (“Taxt oyunları”) serialındakı pəhləvanla da müqayisə edirlər.
Sosial şəbəkələrdə tez-tez fotolarını paylaşan Sajad Qəribi özü də etiraf edir ki, məqsədi Hollivuddakı prodüserlərin diqqətini çəkməkdir. /parsine.com/