Tarix : 2016 Jul 05
Kod 49537

BƏƏ vətəndaşlarından ərəbcə geyinmələrini istəyib

BƏƏ vətəndaşlarından xaricə səfərlərində milli geyim geyinməmələrini istədi.
ABŞ polisinin BƏƏ vətəndaşı olan bir iş adamını İŞİD üzvü olduğunu zənn edərək həbs etməsindən sonra BƏƏ-nin öz vətəndaşlarından xarici ölkələrə səfərlərində ərəb geyimləri geyinməmələrini istədiyi bildirilib. 
AranNews, “Irna”-ya istinadən xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyi ötən gün yazılı açıqlama verərək, əhalidən öz təhlükəsizlikləri baxımından xarici səfərlərində, xüsusilə ictimai yerlərdə ərəblərə məxsus geyimləri geyinməmələrini istəyib.
Nazirlik, həmçinin qadın vətəndaşlarından Avropa ölkələrinə səfərdə polis tərəfindən nəzarət altına alınmama və cəzalandırılmamaları üçün öz üzlərini örtən paltarlardan çəkinmələrini tövsiyə edib.
Xatıraladaq ki, BƏƏ vətəndaşı olan bir iş adamı ötən gün Amerikada qaldığı otel işçilərindən birinin onun İŞİD mənsub olduğu barədə xəbər verməsindən sonra polis tərəfindən həbs olunmuşdu. 
  • Yazılıb
  • da (də) 2016 Jul 05
  • Göndərən مدير سايت Aran News