Şəvval ayı müşahidə olunduğu üçün İyul ayının 6-i Şəvval ayının 1-ci günü və Fitr bayramı günüdür.
Bunu Ali Rəhbər Ayətullah Seyyid Əli Xameneinin ofisi yanında ayın müəyyən edilməsi üzrə komitə məlumat verib.
AranNews, xəbər verir ki,150 ekspert qrupu ayın müəyyənləşdirilməsi üzrə işlər aparıb. "Mübarək Ramazan ayında tutulan oruclar və edilən ibadətlərin qəbul olunması arzusu ilə, elən edirik ki, ölkənin bir neçə bölgəsində verilən dəqiq məlumatlara görə, Şəvval ayının ayı bu gün görsənib və Ali Rəhbər Ayətullah Xamenei cənablarına ayın görsənməsi sübuta yetirilib.
Buna görə sabah (iyul ayının 6-sı) Fitr bayramı günüdür. Bu bayram münasibəti ilə bütün mömin qardaş və bacıları təbrik edirik. Fitr bayramı namazı ölkənin bütün bölgələrində qılınacaq".
Ali Rəhbər Ayətullah Xameneinin imaməti ilə Fitr bayramı namazı sabah saat 8-də Tehranda qılınacaq.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də Ramazan bayramı namazının vaxtı ilə əlaqədar açıqlama yayıb. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, bayram namazı Azərbaycanda da iyulun 6-da qılınacaq. /leader.ir/