AranNews-un “islamtimes.org”-a istinadən verdiyi məlumata görə, CNN müxbiri Tehrandan canlı reportajında deyib ki, çoxlu sayda Tehran əhalisinin Ümumdünya Qüds günü yürüşündə iştirakının şahidi olub.
Sionist Tayms portalı da Frans-Press-in xəbərini yayaraq, Tehranda Ümumdünya Qüds günü yürüşünün keçirilməsini işıqlandırıbdır.
Bu portal öz xəbərinin başığında belə yazıb: "İran Qüds gününü qeyd etmək üçün illik anti-İsrail yürüşünü keçirib."
Sionist Tayms portalı habelə yazıb ki, aksiyaçılar sionist rejiminin bayrağını yandıraraq, bu rejimin məhv edilməsini istəyiblər.
Əlcəzirə telekanalı da xəbər verib: İranın paytaxtı Tehranda xalqın milyonluq iştirakı ilə fələstinliləri himayə və onlarla həmrəylik yürüşü keçirilib.
Əlməyadin telekanalının Tehran müxbiri də İran xalqının bu şəhərdə və ölkənin digər şəhərlərində Ümumdünya Qüds günü yürüşlərindəki iştirakını misilsiz adlandırıb.
"Dot Misr" xəbər portalı isə yazıb: İranlılar builki Qüds günündə də o biri illərdə olduğu kimi, Fələstin xalqı ilə həmrəyliklərini elan etmək və Qüdsi-Şərifin sionist rejimin terror hərəkətlərindən xilas edilməsini dəstəkləməsini vurğulamaq məqsədilə böyük bir yürüşdə iştirak ediblər.
Bu xəbər portalı İran xalqının mübarək ramazan ayının sonuncu cüməsinin İran İslam Respublikasının banisi tərəfindən Ümumdünya Qüds günü elan olunmasından sonrakı illərdəki yürüşlərinin tarixi təsvirlərini dərc edərək, yazıb: Qüds gününün qeyd olunması çərçivəsində bütün İran boyu yürüşlər keçirilib.
Çinin Sin-Xua informasiya agentliyi də Tehrandan verdiyi reportajında yazıb: Yüz minlərlə iranlı cümə günü Qüds günü münasibətilə keçirilən yürüşdə iştirak edib və fələstinlilərlə həmrəylik elan edərək, fələstinlilərin ərazilərinin sionist rejim tərəfindən işğalının davam etməsini pisləyibdir.
Assoşieyted-Press də Tehrandakı müxbirinə istinadla bildirib ki, iranlılar ölkə boyu anti-İsrail aksiyası keçiriblər.