Türkiyədə illərdən bəri "Qüds günü"nü müxtəlif təşkilatlar, qurumlar, yardım vəqfləri konfrans, tədbir, yürüş və dinc aksiyalar keçirməklə qeyd olunur.
Bildiyimiz kimi hər il Ramazan ayının son Cümə günü əksər müsəlman ölkələrində Qüds günü kimi qeyd olunur.
AranNews, “eastnews.org”-ya istinadən xəbər verir ki, İlk dəfə 1982-ci ildə İranda Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Ramazan ayının sonuncu cümə günü bu cür tədbirlər keçirilir.
Birinci dünya müharibəsində uduzan Osmanlı nəzarət etdiyi əraziləri bir-birinin ardınca itirdi. Qalib dövlətlər bu müsəlman ərazilərini ələ keçirib, öz aralarında böldülər. Suriya və Livan Fransanın, İraq, Misir və Fələstin isə İngiltərənin idarəçiliyinə verildi. Bu, elə bir dövr idi ki, ərazidə dövlətlərini yaratmaq barədə qərar qəbul etmiş yəhudi təşkilatlar bu istiqamətdə ciddi fəaliyyətə başlamışdı. İngilislərin iznilə dünyanın müxtəlif bölgələrindən yəhudilər Fələstinə köçürülür və burada sürətlə yəhudi fermaları yaradılırdı.
Paralel olaraq yaradılan qeyri-rəsmi yəhudi silahlı dəstələri müqavimət göstərən ərəbləri silah gücünə köçürməklə ərazidə yəhudilərin sayını çoxalmasına kömək edirdilər. İngilis mandatlığı şəraitində yerli fələstinlilər ciddi müqavimət göstərmək imkanlarından məhrum idilər. Axı onlar əslində Osmanlını təmsil edən tərəf kimi, savaşda məğlub olmuş tərəf idi! Beləcə İngiltərə Fələstin ərazilərində çoxlu sayda yəhudilərin məskunlaşmasını təmin etdi.
Yəhudilərin Sion dağları bölgəsinə köçürülməsini və burada yəhudi dövlətinin yaradılmasını qarşısına ideoloji məqsəd qoymuş sionistlər ilbəil öz hədəflərinə bir qədər də yaxınlaşırdılar. İkinci dünya müharibəsindən sonra İngiltərə Fələstin məsələsinin kifayət qədər dərinləşdiyini nəzərə alaraq gələcəkdə ərəb dünyası ilə qarşı-qarşıya qalmamaq üçün Fələstin məsələsini BMT-nin müzakirəsinə çıxardı. Həmçinin qoşunlarını bölgədən çəkəcəyini bəyan etdi. Fələstin məsələsi 1947-ci il noyabrın 27-də BMT Baş Məclisinə çıxarıldı. Yəhudilərin Avropada (?!) kütləvi qırğınlara məruz qalması bəhanəsilə Fələstində (?!) onlar üçün bir dövlət qurulması ideyası gündəmə çıxarıldı. Və 33 səs lehinə, 13 səs əleyhinə, 10 ölkə bitərəf qalmaqla qərar qəbul olundu. Qərara əsasən, Fələstin torpaqlarında iki - ərəb və yəhudi dövləti yaradılmalı idi. O cümlədən Fələstin ərazisinin 56 faizi, yəni 14,1 min kv. km-i yəhudi dövlətinin, yerdə qalan 11,1 min kv.km, yəni 43 faizi isə yaranacaq ərəb dövlətinə verilməli idi. Qüds, əslində, bir simvoldur, İslamın ilk qibləsi, 3 əsas məsciddən birinin yerləşdiyi şəhər kimi. Amma bu gün müsəlmanların yaşadığı faciələrin hər biri ağırlığına görə eyni dərəcədə qiymətləndirilməlidir. Bu mənada mahiyyət etibarı ilə Qarabağ müharibəsi də Qüds, Fələstin, Bosniya, Kəşmir, Myanmar, Əfqanıstan qədər ağrılı və ümummüsəlman davasıdır. Mahiyyət etibarı ilə istər Qüds (Fələstin), istər Kəşmir, Myanmar, Tayland, Bosniya dərdləri Qarabağla eyni dərəcədə ağrılıdır, çünki hər biri müsəlman torpağı, zülmə məruz qalanlar isə müsəlmanlardır.
Türkiyədə də illərdən bəri "Qüds günü"nü müxtəlif təşkilatlar, qurumlar, yardım vəqfləri konfrans, tədbir, yürüş və dinc aksiyalar keçirməklə qeyd olunur.