Tarix : 2016 Jul 06
Kod 49553

Başdan-başa Ankaranın zərərinə olan anlaşma

Türkiyə sionist rejimlə öz münasibətlərini normallaşdırmasını elə bir zamanda həyata keçirir ki, bu rejim Məscidul-əqsada müsəlmanların ilk qibləsinə qarşı hərəkətlərini görünməmiş həddə artırmışdır.
AranNews- “Cavan” qəzeti Əhməd Kazimzadənin Ankara ilə sionist rejimin anlaşmasına toxunan məqaləsini dərc edib. Məqalədə deyilir:
Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın etdikdən sonra soyumuş İsrail-Türkiyə münasibətləri yenidən bərpa edildi. Lakin, iddia olunduğunun əksinə olaraq Türkiyənin sionist rejimlə anlaşması Həmas və Qəzzə xalqının xeyrinə deyil, tamamilə sionistlərin xeyrinədir. Çünki bu anlaşmaya qədər Türkiyə Qəzzənin mühasirəsinin aradan qalxmasını İsrail ilə barışın şərtlərindən biri kimi irəli sürmüşdü.
İsrailin işğalçı və sülh əleyhinə olan baş naziri Benyamin Netanyahu bu anlaşmadan sonra çıxış edərək bildirdi ki, Qəzzənin mühasirəsi heç vaxt götürülməyib və götürülməyəcək. Yalnız yoxlandıqdan sonra Türkiyə gəmiləri Qəzzəyə yardım apara bilər.
İsrailin döyüş gəmiləri də Qəzzə sahillərində dəniz nəzarətini gücləndirmişdir. Bundan öncə də sionist rejim Qəzzə sərhəddində divar hörməyə başlamışdı. Demək olar ki, Qəzzənin mühasirəsi nəinki azalmayıb, üstəlik daha da gücləndirilib və sözsüz, mühasirə bundan da artıq darala bilər. 
Bundan əlavə yeni anlaşmaya əsasən, Türkiyə bir tərəfdən 2014-cü ildə 51 günlük müharibədə ölən hərbçilərin cənazəsini təhvil almaq üçün vasitəçiyə çevriləcək, digər tərəfdən də sionist rejimin Qəzzə əleyhinə törətdiyi müharibə cinayətlərini beynəlxalq məhkəmələrdə izləməkdə Həmasa mane olacaq. 
Beləliklə, bu anlaşmadan Türkiyə üçün elə də fayda təsəvvür olunmur. Çünki, Türkiyə sionist rejimlə öz münasibətlərini normallaşrımasını elə bir zamanda həyata keçirir ki, bu rejim Məscidul-əqsada müsəlmanların ilk qibləsinə qarşı hərəkətlərini görünməmiş həddə artırmışdır. Üstəlik, sionist rejim Fələstin dövlətinin qurulmasının qarşısını almaq üçün İordan çayının qərb sahilləri olan Fələstin torpaqlarında qəsəbə salmaları artmışdır. Belə ki, hətta qərb ölkələrinin də etirazına səbəb olub. Belə bir durumda Ankaranın Təl-Əvivlə anlaşması İslam ölkələri və Fələstin dövlətinin təşkil olunmasını müdafiə edənlər ölkələr arasında Türkiyənin simasına zərbə vurdu. 
İqtisadi baxımdan da yenə Türkiyənin İsraildən qaz alması, bu qazın Aralıq dənizindən ixtilaflı və münaqişəli sahəsindən təmin olması baxımından qaz sahəsinin digər ölkələrinin Türkiyə ilə münasibətlərinə zərbə vura bilər. Daha önəmlisi isə Türkiyə elə bir durumda İsrailə yaxınlaşır ki, Ankara təhlükəsizliyinin ən böyük narahatlığı olan müstəqil kürd dövlətinin yaranmasının mənşəyi İsraildir. Sionist rejim ya şəxsən özü, ya da Amerika və Avropa ölkələrində olan lobbilərinin əli ilə regionda kürd dövlətinin yaranması prosesini idarə edir. Digər tərəfdən sionist rejimi cəhd edir ki, Ərəbistanın iştirakı ilə yeni regional koalisiya yaratsın. Belə bir vəziyyətdə Türkiyənin İsraillə yaxınlaşması Ankaranı bu koalisiyanın hədəfində vasitə kimi xidmətə ala bilər. Belə olan surətdə Türkiyə bunun bahasını ödəməli olacaq. İndiyə qədər də Suriyanın qanuni hökumətini devirmək planında iştirak etdiyi üçün ağır əvəzlər verməyə məcbur olub. Bunları nəzərə alaraq demək olar ki, Türkiyənin sionist rejimi ilə son yaxınlaşmasına hər hansı yönümdən yanaşılsa, Türkiyənin xeyrinə olmaması, üstəlik Ankara təhlükəsizliyi üçün ciddi siqnallar verdiyi görünür. 
  • Yazılıb
  • da (də) 2016 Jul 06
  • Göndərən مدير سايت Aran News