Nigeriya İslam Hərəkatı rəhbərinin həyat yoldaşı deyib: İranda İslam İnqilabının baş verməsi dünyada islamın genişlənməsi üçün ümidləri artırdı.
AranNews-un məlumatina gorə, Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzəkinin həyat yoldaşı Malma Zeynəddin İbrahim Keyhan qəzetinə müsahibədə deyib: 1970-ci illərin sonlarında İslam İnqilabı məzmunu İmam Xomeyninin (rə) adı ilə birləşirdi və bundan başqa dünyada tanışlıq dərk ediləsi deyildi.
Malma Zeynəddin deyib: 1979-cu ildə Həzrət İmam Xomeyninin (rə) rəhbərliyi ilə İran İslam İnqilabı qələbə çaldığı zaman Nigeriyada islam əyalətinin təşkili üçün ümid artdı və İranda baş verənlər ümidləri artırdı və Şeyx Zəkzəki insanları islama çağırdı.
Nigeriya İslam Hərəkatı rəhbərinin həyat yoldaşı 1980-ci ildə Şeyx İbrahim Zəkzəkinin Həzrət İmam Xomeyni (rə) ilə görüşünü xatırladaraq deyib: Şeyx İbrahim Zəkzəki İran İslam İnqilabının qələbəsinin ilk ildönümündə iştirak edən və İmam Xomeyni (rə) ilə görüşən şəxslərdən idi.
Malma Zeynəddin bildirib: Nigeriya islam hərəkatı fəaliyyətlərə başladıqdan sonra Şeyx İbrahim insanları şiəliklə tanış etməyə çalışdığı bir halda 1981-ci ildə həbs olundu və uzun müddətə azadlıqdan məhrum edildi.
Nigeriya İslam Hərəkatı rəhbərinin həyat yoldaşı həmçinin 2014-cü il Ümumdünya Qüds Günü Zaria şiələrinin sakit yürüş keçirdiyinə toxunub və deyib: Yürüş bitdikdən sonra qəfildən Nigeriya ordusu hərbçiləri insanlara hücum etdilər və oruc tutanları qırğın etməyə başladılar.
Şeyx Zəkzəkinin 3 oğlu da həlak olanlar arasında idi.
Nigeriya ordusu qüvvələri 2015-ci il dekabr ayında Kaduna əyalətində Zaria şəhərində Şeyx İbrahim Zəkzəkinin mənzilinə və bir neçə hüseyniyyəyə hücum edərək, onu yaralayaraq həbs edib və təxminən 2000 müsəlmanı qətlə yetiriblər./islamtimes/