İstanbulun Atatürk Hava Limanında törədilən terror aktını planlaşdırmaqda şübhəli bilinən çeçen terrorçusu Əhməd Çatayevin olduğu yer müəyyənləşdirilib.
AranNews-un məlumatina gorə, Çatayev İraqın Mosul vilayətinin Tel-Afer bölgəsində gizlənir. İstanbulun hər nöqtəsini ovcunun içi kimi yaxşı tanıyan və illərlə Avropa-Türkiyə-Gürcüstan üçbucağında Qafqaz Əmirliyi (İmarat Qafqaz) üçün işləyən Əhməd Çatayev 2014-cü ildə qəflətən İŞİD-ə qatılıb. “Qafqaz Əmirliyi”nin İnquşetiya üzrə nümayəndəsi Səid də onunla birlikdə İŞİD-ə qoşulub.
Çatayev İŞİD-ə qoşulduqdan sonra İraq bölgəsində olan qafqazlı terrorçularla işləyib. O, əlaqələrindən istifadə edərək bir çox təcrübəli çeçen döyüşçünü də İŞİD-ə cəlb edib.
Təxminən 200 nəfərlik təcrübəli çeçen qrupuna komandanlıq edən Əhməd Çatayevin Mosulun Tel-Afer bölgəsində olduğu təxmin edilir.
Eyni zamanda ciddi kəşfiyyat əlaqələrinə sahib olan Əhməd Çatayev rus dilindən başqa ərəb və alman dillərini bilir.
“Tək qol” ləqəbli Çatayev İŞİD-in sirr qutularından biri hesab olunur./publika/