İran XİN-nin ərəb və Afrika işləri üzrə keçmiş nümayəndəsi bəhreynli din xadimi Şeyx İsa Qasimin vətəndaşlığının ləğv edilməsini Manama ilə İsrail arasındakı gizli əlaqənin nəticəsi olduğunu deyib.
AranNews-un verdiyi xəbərə görə, İranın keçmiş Bəhreyn səfiri və strateji araşdırma mütəxəssisi Hüseyn Əmir Abdullahiyan Şeyx İsa Qasimin vətəndaşlığının ləğvinin təsdiqinə etiraz olaraq bu açıqlamatları verib: “Bəhreyndəki səfirlik dövrümdə Ayətullah İsa Qasim ilə keçirdiyim görüşlərdə onun bilikli, açıq fikirli, yorulmaz bir döyüşçü və demokratik həll yolların müdafiəçisi olduğunu gördüm.
Şeyx İsa Qasim regiondakı vəziyyəti anlayaraq daima xalqı haqqa dəvət edib və çıxışlar edərək gəncləri zorakılıqdan uzaq tutub”.
Əmir Abdullahiyan sözlərinin davamında "Bəhreyn kralının Bəhreynin ən mühüm vətəndaşlarından birinin vətəndaşlığının ləğv edilməsi qərarını imzalama addımı həqiqətən bu ölkəni daxili böhranda yeni mərhələyə aparacaq və xalq ilə hökumət arasındakı ayrılığı artıracaq. Belə çıxır ki, bu qərarlar bəhreynli rəhbərlərin xaricilərə bağlılığının və Manama ilə İsrail arasındakı gizli əlaqənin nəticəsidir və bu əlaqə Ali Xəlifəni ciddi zərbələrə məruz qoyacaq”, deyib. İranın keçmiş Bəhreyn səfiri son olaraq bu ifadələri işlədib: “Bəhreyn hökuməti bunu bilməlidir ki, Bəhreyndəki üsullar yalnız siyasidir və bu işə yaramaz yol xalq ilə hökumət arasında həqiqi böhranın həllinə kömək olmayacaq. Ali Xəlifə öz xalqına arxalanmalı və ondan dəstək almalıdır”. /Rasthaber/