Tarix : 2016 Jul 07
Kod 49563

Daha bir fələstinli qız sionistlər tərəfindən öldürüldü

İordan çayının qərb sahilində yerləşən Nablus yaxınlığında fələstinli bir qız sionist rejim qüvvələri tərəfindən güllələnərək qətlə yetirilib.
AranNews-un verdiyi xəbərə görə, iyulun 5-də axşam saatlaında İordan çayının qərb sahilində yerləşən Nablus yaxınlığında fələstinli bir qız işğalçı İsrail qüvvələri tərəfindən güllələnərək qətlə yetirilib. 
İsrail mənbələri həmin qızın soyuq silahla İsrail əsgərinə qarşı təcavüz niyyətində olduğunu və bu səbəbdlə də təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək öldürüldüyünü iddia edib.
Bundan əlavə, İsrail qüvvələri çərşənbə axşamı İordan çayının qərb sahili və Qüdsün şərqinə hücum edərək azı 4 fələstinlini qətlə yetirib, 8 fələstinlini isə həbs edib. 
Qüds İntifadasının başlandığı ötən ilin oktyabr ayından bu yana azı 225 fələstinli İsrail qüvvələri tərəfindən qətlə yetirilib. /AlMayadin/

  • Yazılıb
  • da (də) 2016 Jul 07
  • Göndərən مدير سايت Aran News