Tarix : 2016 Jul 07
Kod 49566

Ərdoğanın regional məsələlərdə siyasətləri məğlubiyyətlə üzləşib

Türkiyə, sionist rejimlə münasibətləri yenidən bərpa etməyə dair atdığı addımlarla siyasətdə təcrid olmaqdan əlavə, regionun ümumi fikrində də təcrid olur.
AranNews- Son bir neçə ildə Ərdoğanın regional məsələlərdə siyasətləri məğlubiyyətlə üzləşib.
Rəsmi Ankara Suriyanın qanuni hökumətini devirmək üçün bu ölkənin daxili işlərinə müdaxilə etdi. Amma bu hədəfinə çata bilmədi və regional hadisələr elə səmtə yönəldi ki, Türkiyə təcridlə üzləşdi. Belə bir hadisə son on ildə bənzərsiz olmuşdur.
İndi Türkiyə bu təcriddən yaxa qurtarmaq üçün daha böyük səhvlərə yol verir və bunun Ankara üçün daha acı sonuncları olacaq. Başqa sözlə, Türkiyə sionist rejimlə münasibətlərini normallaşdırmaqla siyasi təcridinə regionun ümumi fikirində də təcrid olunmasını əlavə etdi. 
Türkiyə sionist rejimlə 6 illik münasibətlərini kəsdikdən sonra bu həftənin əvvəllərində yenidən İsraillə rəsmi münasibətləri bərpa etdiyini elan etdi. 2010-cu ilin may ayında sionist rejimin hərbçiləri Aralıq dənizində Qəzzəyə yardım aparan Türkiyə gəmisinə hücum etdi və 9 nəfər Türkiyə vətəndaşını həlak oldu. Bundan sonra Türkiyə-İsrail münasibətləri soyumağa başladı. 2010-cu ildən bəri Türkiyə münasibətlərin normallaşması üçün İsrail qarşısında üç şərt qoymuşdu: İsrailin Türkiyədən rəsmi üzr istəməsi, həlak olanlara görə kompensasiya ödəməsi və Qəzzənin mühasirəsinin aradan qaldırılması. Amma belə görünür ki, Ankaranın Fələstini dəstəkləməsi yalnız şüar olmuşdur və bu üç tələbin heç biri gerçəkləşmədən İsraillə barışığa getmişdir.
28 iyunda Türkiyənin baş naziri Binəli Yıldırım mətbuat konfransı keçirərək, Türkiyə və sionist rejim arasında münasibətlərin normallaşmasını elan etdi. Yıldırım Ankaranın sionit rejimlə barış üçün bir çox müzakirələr apardığını qeyd edərək dedi: “Bu anlaşmaya görə, fələstinlilərə qarşı məhdudiyyətlər və Qəzzə mühasirəsi yüngülləşəcək”. Baş nazir təkid etdi ki, gələn cümə günü Türkiyənin 10 min tonluq humanitar yardımı Aşdod limanına daxil olacaq.
Habelə, bu anlaşmaya görə Qəzzənin mühasirəsi nəzərə çarpacaq həddə aradan qaldırılacaq”. O, iddia etdi ki, İsrail ilə münasibətlərin normallaşması üçün digər iki şərt; Mərmərə gəmisində həlak olanların ailələrinə kompensasiya verilməsi və Qəzzənin mühasirəsinin aradan qaldırılması – öz qüvvəsində qalır və Türkiyə bu şərtlərdən göz yummamışdır.
Halbuki, İsrailin baş naziri Benyamin Netanyahu İtaliyanın paytaxtında eyni zamanda keçirdiyi mətbuat konfransında vurğuladı ki, Həmasın güclənməsinin qarşısını almaq üçün Qəzzənin mühasirəsi davam edəcək və İsrail bu zəminədə heç bir imtiyaz verməmişdir. Habelə, sionist rejimin enerji naziri də elan etdi ki, bu anlaşma İsrail tərəfindən heç bir imtiyaz verilməsinə şamil olmur və Həmasa qarşı heç bir asanlaşma vermir. İsrailin Haartiz qəzeti də öz yazısında qeyd etdi ki, Türkiyə İsrail ilə barış üçün irəli sürdüyü Qəzzənin mühasirəsinin aradan qaldırılması şərtindən dönmüşdür.
Belə çıxır ki, İsrail Türkiyənin qoyduğu üç şərtdən ikisini –Ankaradan rəsmi surətdə üzr istəmək və Mərmərə gəmisində həlak olanların ailəsinə 20 milyon dollar kompensasiya  ödəmək– qəbul etmişdir. Amma Qəzzənin dəniz mühasirəsini aradan qaldırmaqdan boyun qaçırmışdır. Bu məsələnin mümkündür ki, Türkiyə üçün qısa müddətli bir mənafeyi olsun, amma İslam dünyasında Türkiyənin mövqeyini daha çox süst edəcək. 
Türkiyə elə bir zamanda sionist rejimi ilə münasibətləri normallaşdırmağı həyata keçirir ki, bu rejim Məscidul-əqsada müsəlmanların ilk qibləsinə qarşı hücumlarını artırmışdır.
Üstəlik, Fələstin dövlətinin təşkil edilməsinin qarşını almaq məqsədilə İordaniya çayının qərb sahillərində Fələstin torpaqlarında qəsəbələr salmağı daha da sürətləndirmişdir. Belə ki, hətta qərb ölkələri də bu məsələdə öz sükutlarını pozublar. Belə bir durumda Ankaranın Təl-Əvivlə anlaşması Türkiyənin İslam ölkələri arasındakı simasına ciddi zərər vurur. Həqiqətdə Ankara təcriddən yaxa qurtarmaq üçün daha böyük səhvə yol vermişdir və bu məsələ Türkiyənin təcrid olmasını daha də artıra bilər.
Türkiyənin özü üçün yaratdığı təcriddən qurtarmaq üçün təlaşı yalnız bu məsələ ilə qurtarmadı və o, Rusiyadan da üzr istəməli oldu. Kremlin sözçüsü Dmitri Peskov bildirdi ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan SU-24 təyyarəsinin pilotunun öldürülməsinə görə başsağlığı verdi.
“Sputnik” agentliyinin verdiyi xəbərə görə, D. Peskov vurğulayıb ki, Ərdoğan bu hadisədən təəssüflənir və iki ölkə arasında yaranmış gərginliyin aradan qalxmasını istəyir. Halbuki, bundan öncə Ərdoğan, Putindən üzr istmək istəmirdi.
Ankara dövləti bir daha Ərdoğanın icbari və tələsik siyasətlərinin qurbanı olmuşdur. Sionist rejimlə münasibətlərini bərpa etməsi ölçülüb-biçilməmiş və məhz Ərdoğanın məntəqədə oyunçu olmasını göstərmək üçün həyata keçirilmişdir. Halbuki, bu hərəkət sionist rejimin müdafiəsiz Fələstin və Qəzzə xalqı qarşısında güclənməsinə, sionist qüvvələrinin Məscidul-əqsaya hücumlarını artmasına səbəb olur. Belə olduğu surətdə şəxsən Ərdoğanın özünü və Türkiyənin yeni dövlətini müqəssir bilməmək olmur.
Ola bilsin ki, Ərdoğanın Suriyadakı terrorçuları himayət etməsi onun terrorçu bir rejimə dostluq əli uzatmasına səbəb olmuşdur. Amma bu mövzu Ərdoğanın və onun hakimiyyəti altında olan dövlətinin regionda oyunçuluğunun artmasına kömək etməyəcək. Üstəlik, məntəqədə ümumi fikrin Ankaradan narahat olması bu ölkənin düşdüyü təcridi daha da artıracaq.

  • Yazılıb
  • da (də) 2016 Jul 07
  • Göndərən مدير سايت Aran News