Suxumidə müxalifətçilərin keçirdikləri mitinqdə iştirakçılar Abxaziyanın daxili işlər naziri Leonid Dzapşbanın ietefasını tələb edirlər.
AranNews, bildirir ki, onlar bu zaman qurumun giriş qapısını sındırıblar.
Məlumatda o da bildirilir ki, binanın ətrafına yanğinsöndürmə maşınları cəlb olunub. Amma su şırnaqlarından istifadə olunmayıb.
Binaya hücum edənlər bildiriblər ki, tanınmamış respublikanın rəhbəri Raul Xadjimba daxili işlər nazirini vəzifəsindən azad edənə qədər aksiyanı davam etdirəcəklər.
“İnterfaks”ın məlumatına görə, aksiyada 700 nəfərə yaxın adam iştirak edib.
“Abxaziyanın vitse-prezidenti Vitali Qabnia daxili işlər naziri Leonid Dzapşbanın işdən çıxarılması barədə prezident fərmanını oxuduqdan sonra mitinqçilər dağılışmağa başladılar.
Müxalifətin DİN binası qarşısındakı mitinqi kütləvi iğtişaşa çevrilib və 10 saat davam edib”, – deyə məlumatda bildirilib.
Daxili işlər naziri vəzifəsinin icrası birinci müavin Boris Abitova həvalə olunub. /Sputnik Abxaziya/