Mərakeş padşahı Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil Əl-Cübeyrlə görüşdən imtina edib.
AranNews, SizinYol.com-a istinadən xəbər verir ki, Amerika və Avropa ölkələrinin maraqlarına xidmət edən siyasətlərdən dolayı xarici səfərlərdə maraqla qarşılanan nazirə Mərakeş fiaskosu ağır gəlib.
Mərakeş padşahı Riyazın diktəsi altında olmamaq üçün 7-8 apreldə Mərakeşdə keçirilməsi nəzərdə tutulan ərəb başçılarının iclasına ev sahibi olmaqdan da imtina etmişdi.
Mərakeş bu münasibəti ilə Riyazın Yəmən və Suriya siyasətlərinə bir növ yox demiş olur.