AranNews, “foxnews”-a istinadən xəbər verir ki, Ümmü Aişə adlı İŞİD-çi qadın gündə on nəfərlə cinsi əlaqədə olduğundan sağlamlığında ciddi probem yaranıb. Ümmi Aişə İŞİD rəhbərliyinə məktubla müraciət edib, bu xidmət növandən güzəşt istəyib.
Qadın deyir ki, Coulan məntəqəsində təhlükəsizlik xidmətinin rəisi Əbu İmən ondan Fəllucədə on nəfərlə cihad nikahına girməsini tələb edib. Qadın həkimi Ümmi Aişənin vəziyyətinin ağır olduğunu desə də Əbu İmən İŞİD-çi qadını hədələyib.
Qadın terrorçular döyüşə başlayandan xəlifəliyə beyət etdiyini, amma artıq cihad nikahına dözümü olmadığını bildirir.
Məsələ o zaman hər bir müsəlman insani təssufləndirir ki, İŞİD-ə qoşulmaq üçün Suriya və İraqa yollanan iordaniyalı qızların ikinci qrupu ölkələrinə geri dönməsinin xəbəri mediyalarda yayilmağa başladi.
Cihad nikahı üçün Suriyaya yollanan qızların əksəri Raqqa şəhərində məskunlaşıbmış. Çoxu universitet tələbəsi olan qızların arasında hamilə olanlar da var.
Onların bir neçəsində isə ciddi psixoloji problemlər meydana gəlib. İordaniya hökuməti uyğun məsələ ilə bağlı həyəcan təbili çalıb. Dövlət məscidlər və qadın geyimi satılan dükanlara ciddi nəzarət sitemi təyin edib.
Bu çirkin görüntülər sosial şəbəkədə bütün dünya əhalisi tərəfindən nifrətlə qarşılanıb.