Tarix : 2016 Jul 08
Kod 49572

Almaniyanın məşhur nəşri azərbaycanlı qaçqınlardan yazdı - Reportaj

Nüfuzlu alman nəşri “Deutsche Welle” erməni təcavüzü nəticəsində qaçqın düşmüş azərbaycanlıların həyatından reportaj hazırlayıb.
AranNews-un məlumatına görə, məqalənin əsas hissəsi münaqişə əraziləri və orada yaşayan insanlara həsr olunub.
Məqalədə deyilir ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağ və ölkəmizin daha 7 rayonu işğal olunub. Nəşr BMT-nin bu məsələ ilə bağlı dörd qətnamə qəbul etdiyini, lakin onların indiyənədək yerinə yetirilmədiyini də vurğulayır.
Bundan başqa, məqalədə müharibə zamanı evlərini tərk etmiş insanların xatirələrindən danışılır. Məqalənin çox hissəsi Azərbaycanın işğal altında olan Tərtər rayonuna həsr olunub.
“Tərtər paytaxt Bakıdan 400 kilometr aralıda yerləşir. Buranın sakinləri hələ “4 günlük müharibə”dən sonra özlərinə gələ bilməyiblər (2016-cı ilin aprel hadisələri – anspress.com). 4,400 kvadrat kilometr ərazisi Ermənistanın işğal altında olan Dağlıq Qarabağ uğrunda aprelin 2-də ermənilər tərəfindən başlanılan müharibədə hər iki tərəfdən xeyli itki olub”, – deyə nəşr qeyd edib.
Məqaləni yazan jurnalist Ermənistanın Azərbaycana və xalqına qarşı etdiyi hücumları sakinlərin dilindən belə verib: “60 yaşlı Olqa Kruqlova 17 yaşı olarkən Tərtərə gəlib. Aprel hadisələri zamanı o, evdə olmayıb. Lakin onun qızı evdə olub. “Allah bizi qorudu. Bu çox çətin anlar idi. Hücumdan sonra mən gecələr yata bilmirdim, qışqırırdım”.
“Gülarə Əliyeva Füzulidəndir. İndi onun 80 yaşı var və o, Yeni Yasamalda yaşayır. O və oğlu 1990-cı ildə baş verən müharibədə iştirak ediblər. Mən çiyinlərimdə çoxlu meyit daşımışam. Müdafiə Nazirliyi məni müharibədə iştirak etdiyim üçün mükafatlandırıb. İndi də cəbhə xəttində vəziyyət gərgindir. Əgər lazım olarsa, bu gün də mən döyüşə getməyə hazıram”.
Məqalədə hazırda qaçqınların yaşadıqları yataqxanalar da təsvir olunur: “Balaca otaqlar. Otaqda 3 stul, bir çarpayı. Dar dəhliz. Bütün sakinlərin istifadə edəcəkləri bir mətbəxt və bir hamam”.
Sonda Azərbaycan mövqeyindən danışaraq, alman nəşri yazır ki, ölkənin mövqeyi bu münaqişədə odur ki, ilkin mərhələdə Ermənistan qüvvələri beynəlxalq səviyyədə Azərbaycanın ərazisi sayılan Dağlıq Qarabağ və onun ətrafında işğal olunmuş əraziləri dərhal tərk etməlidir.
Dağlıq Qarabağ - Azərbaycan Respublikasının qərb bölgəsidir. Dağlıq Qarabağ Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
1970-ci ildə aparılmış siyahıya almaya əsasən Dağlıq Qarabağ Muxtar Vilayətinin 150.313 nəfər əhalisi olub. Vilayətin tərkibinə Xocalı rayonu, Xocavənd rayonu, Ağdərə rayonu, Şuşa rayonu və Xankəndi şəhəri daxildir. /ANSPRESS/
  • Yazılıb
  • da (də) 2016 Jul 08
  • Göndərən مدير سايت Aran News