Sionist rejimin Xüsusi Kəşfiyyat Orqanının sabiq rəhbəri və indiki Beynəlxalq Təhlükəsizlik Mərkəzi naziri Amos Yadlin, ərazidə baş verən hadisələrə dair yeni bir hesabat yayımladı.
AranNews-un məlumatina gorə, Yadlin hesabatında İsrailin strateji mənfəətləri üçün Əsədin hakimiyyətdən getməsinin lazım olduğunu bildirərək "Bu addım açıq bir şəkildə İsrailin xeyrinə olacaqdır. Çünki, Əsədin hakimiyyətdən getməsi, İsrailin amansız düşmənləri olan İran İslam Cümhuriyyəti və Livan Hizbullahını zəiflədəcəkdir" dedi.
Qəsbkar rejimin eks prezidenti Şimon Perez də, 2013-cü ildə söylədiyi nitqində "Hafiz Əsəd də Ənvər Sədat kimi İsraili tanısaydı, Suriya bu halı yaşamayacaqdı. Suriyada bu gün yaşananlar İsraillə barışmamağın bir cəzasıdır" fikrini söyləmişdi. /islamianaliz/