Beynəlxalq insan haqları təşkilatı olan “Human Rights Watch” Səudiyyə Ərəbistanı və koalisiya qüvvələrinin Yəmənə qarşı keçirdiyi əməliyyatı yenidən pisləyib.
AranNews-un verdiyi xəbərə görə, Təşkilatdan bildirilib ki, Səudiyyə Ərəbistanı və koalisiya qüvvələri bilərəkdən Yəmənin şəhər mərkəzlərinə hücum edərək mülki əhalini hədəfə alır.
Bununla bağlı adı çəkilən insan haqları təşkilatı 59 səhifəlik hesabat da hazırlayıb.
Hesabatda qeyd olunub ki, Səudiyyə Ərəbistanı qeyri-qanuni olaraq fabrikləri, zavodları, əkin sahələrini və enerji bazalarını vurur. /Eastnews.org/