AranNews, xəbər verir ki, İraqın paytaxtı Bağdadda 292 nəfərin ölümü ilə nəticələnən hücumun ardından şəhərin təhlükəsizliyindən cavabdeh şəxs – general-leytenant Əbdüləmir əş-Şammari vəzifəsindən uzaqlaşdırılıb.
Nazirlər Kabinetindən verilən açıqlamada Şammaridən savayı daha iki məsul şəxsin də vəzifəsindən azad edildiyi qeyd olunub.
Qeyd etmək lazimdir ki, iyulun 2-də Bağdadın mərkəzində yerləşən Karrada rayonunda partlayıcı quraşdırılmış avtomobil restoranın qarşısında partladılıb. Hadisənin ardınca Bağdadın şərqində növbəti partlayış baş verib. Nəticədə 292 nəfər həlak olub.
Xatırladaq ki, bundan öncə İraq baş naziri Heydər əl-Abadi daxili işlər naiziri Məhəmmdə Səlim Əl-Qəbbanın istehfasını qəbul edib. /axar/