Ruhullah Axundzadənin ailəsi: "Vətəndaşlıqdan çıxmaq, ölkəni tərk etmək istəyirik"
Arannews- Birləşmiş Millətlər Təşkilatına, İslam Konfransı Təşkilatına Siyasi məhbus ailəsi Axundzadə Tamara Talıb Qızı tərəfindən müraciət edilib
Axundzadə Tamara müraciətdə həyat yoldaşının 1988-ci ildən Siyasi təqiblərə məruz qaldığını, 2001-ci ildən isə MDB ölkələri arasında Azərbaycanda siyasi əqidəsinə-baxışına görə təqib olunan, həbs edilib bəraət alan kimi qeydiyyata alınığını bildirib.
Onun sözlərinə görə, 2003-cü ildən kompensasiya almaq üçün (Strasburq insan, hüquq və azadlıqları) məhkəməsində sənədləri qalmaqdadır.
"Hal hazırda oğlum həbs olunub və Lənkəran Ağır cinayətlərə Dair məhkəməsi 5 il 6 ay hökm çıxarıb. Hal hazırda Apellyasiyaya şikayət etməkdəyik. Təqsiri, günahı olmayan tələbə (İranın Məşhəd şəhərində təhsilini davam etdirməkdə idi) oğlum Məhəmmədəli Rufulla oğlu Hacı Taleh oyunundan sonra ölkəyə gəlir, atasını həbsxanada iki dəfə ziyarət edir və son dəfə dekabrın 22-də konsulluqda özü, xanımı, 2 yaşlı oğlunu və 17 yaşlı bacısının sənədlərini təsdiqlədib Astaraya dönürlər. Avtobusdan düşüb taksiyə mindikləri vaxt Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşlarının kobud, insanlığa yaraşmayan şəkildə uşaq və hamilə olan gəlini belə itələyib yıxaraq oğlumu qandallayırlar. Öyrədilmiş şahid və yuxarıdan verilən tapşırıq və sifariş məhkəmə prosesində tam bizə aydın oldu. Belə ki, şahidlər oğlumun əynindəki paltarı belə düzgün təsvir edə bilməyiblər. Cibi olmayan qara jilet əynində olub, 146. 611 gr tiryək hardan gəlib hardan tapılıb məhkəmədə aydınlıq verilmədi.", -deyə Axundzadə Tamara qeyd edir.
İkinci zərbə isə gəlnimin hamilə olması bütün streslərlə sonda sağlam körpənin tələfi ilə başa çatdı.
Axundzadə Tamara həyat yoldaşı Rufulla Höccət oğluna 2012-ci ildən əfv üçün müraciət etməsi tövsiyə edildiyini qeyd edərək, yoldaşının cavabının həmişəki kimi "Məndən üzr istənilməlidir. Təqsirkar məni həbs edənlərdir. Mənim heç bir günahım, suçum yoxdur" olduğunu bildirib.
"Nəticədə oğlumu həbs ediblər. Gəlinimin uşağı tələf olub. Özüm əliləm. Həyat yoldaşım 2013-cü ildə həbsxanada İnfarkt nəticəsində əlil olub. Təkcə qızlarım qorunur. Onlarda ayrı ayrı rayonlara gəlin köçməklə xaricdə həyat yoldaşları ilə təhsillərini davam etdirirlər. İndi bircə kiçik oğlum Əlimürsəlin repressiyaya məruz qalmasından qorxu, təşviş, hürkü ilə yaşamaqdayıq.", -deyə Axundzadə Tamaranın müraciətində qeyd edilib.
Axundzadə Tamara müraciət etdiyi təşkilat və insan haqları ilə əlaqəli qurumlardan ailəsinin mövcud durumunu nəzərə alınmasını, əri və oğlunun yeni təzyiqlərə məruz qala bilməsi ehtimalı və onlara olunan haqsızlıqlarla bağlı hesabat tələb etməyə, bütün ailənin ölkəni tərk etməklə vətəndaşlqıdan imtina və siyasi sığınacaq almalarına yardım etmələrini xahiş edib.