Sionist rejim ilə Türkiyə arasında imzalanan müqavilədə Türkiyə ictimai rəyi Qəzza məsələsinə yönəldilir, ortada isə daha böyük bir regional planın olduğu ehtimal edilir.
AranNews-un verdiyi xəbərə görə, İsrailli nazirlərin müqavilədən sonra İrana və Suriyaya qarşı əməkdaşlığın artacağı deyilərək razı salındığı bildirilir. İsrail ilə Türkiyə arasında 6 ildir davam edən siyasi-diplomatik böhran, ötən həftə imzalanan müqavilə ilə sona çatmışdı. Müqavilə Türkiyə ictimaiyyətində əsasən Mavi Mərmərə qətliamı və Qəzza blokadası ilə əlaqələndirilib.
Bunun AKP-nin daxili siyasətdəki ziddiyyətləri ilə əlaqəsi olsa da, müqavilənin daha geniş regional mənası nəzərdən qaçırılır.
Müqaviləni təsdiq etmək üçün toplanan İsrail Təhlükəsizlik Kabinetinin üzvlərinə Türkiyə ilə əməkdaşlıq məsələsində bəzi məlumatlar verilmişdi. İki ölkənin yaxınlaşmasına Səudiyyə Ərəbistanının da vasitəçi olduğu, Türkiyənin eyni zamanda Misirlə da arasını düzəldərək Yaxın Şərqdə bir "Sünni ölkələr+İsrail" tandeminə yerləşəcəyi bir müddətdir ki, danışılır. /Rasthaber/