Tarix : 2016 Jul 09
Kod 49580

İŞİD-in samirraya-hücum nəticəsində 36 nəfər həlak olub

Cümə günü səhər İŞİD terro qruplaşmasının intiharçıları Samirra şəhərinin yaxınlığında İmam Hadi(ə) övladlarından “Seyyid Məhəmməd” ziyarətgahında özlərini partladıblar.
AranNews- İraq mediasına istinadən xəbər verir ki, partlayış nəticəsində 36 zəvvar ölüb, 65 nəfər isə yaralnıb.
İraqın təhlükəsizlik qüvvələri bildirir ki, payrtlayışdan öncə iki intiharçı və təhlükəsizlik qüvvələri arasında atışma baş verib və onlar özlərini ziyarətgahın ətrafında partladıblar və üçüncü intiharçı bir müddət sonra özünü partladıb.
Ümumilikdə 5 intiharçı ölüb, onlardan 3-ü özünü partladalaraq ölüb və 2-si isə təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. 
Partlayışlardan sonra təcili olaraq bölgəyə əlavə qüvvələr göndərilib və hazırda təhlükəsizlik qüvvələri vəziyyətə nəzarəti ələ alıb. /Maide.Az/

  • Yazılıb
  • da (də) 2016 Jul 09
  • Göndərən مدير سايت Aran News