Tarix : 2016 Jul 09
Kod 49581

İstanbul və Ankarada İŞİD üzvlərinin topladığı bölgələr var

İŞİD-çilər gündüz Suriyada döyüşüb axşam Türkiyədə istirahət edirlər.
AranNews-un məlumatna əsasən, Türkiyənin Suriyada sələfi fraksiyaları dəstəkləmək siyasəti, döyüşçüləri tərifləyən nəhəng ictimai münasibətlər mexanizmi sələfiliyi adi, dindar sünni türklərin gözündə normallaşdırıb. 
Suriya müxalifətinə Türkiyədən verilən dəstək islamçı gündəmə göstərilən dəstək idi. 
Türkiyənin bir sıra islamçı QHT-ləri, mediası bu prosesdə aparıcı rola yiyələndi. Onlar nəinki ifrat məzhəbçi ideologiya yayır, eyni zamanda İŞİD-lə bağlı xəbərdarlıq edən hər kəsi susdururdular».
Müəllif yazır ki, məhz mülayim sələfiləşdirmə mühiti İŞİD-ə türklər arasında yayılmağa əsas verdi. Adıyaman və digər şəhərlər İŞİD-in şəbəkələrinə çevrildi. Hətta İstanbulda və Ankarada belə İŞİD-in üzvlər topladığı bölgələr var.
Məqalədə vurğulanır ki, indi bütün bu Suriya macərasının günahı keçmiş baş nazir Əhməd Davudoğlunun üzərinə yıxılır. Halbuki prezident Rəcəb Tayyip Ərdoğan uzun illər tərəddüd etmədən bu macəranı qüvvədə saxlayıb və sünni islamın başında duraraq ondan faydalanıb. Ərdoğanın bunun yanlış yol olduğunu anlayıb-anlamadığı, bu yoldan dönüb-dönmədiyi hələ də bəlli deyil./Azadlıq radiosu/
  • Yazılıb
  • da (də) 2016 Jul 09
  • Göndərən مدير سايت Aran News