Tarix : 2016 Jul 10
Kod 49584

Kərbəlada İmam Baqir (ə) adına beynəlxalq festival

Kərbəlada Həzər Abbas (ə) müqəddsə ziyarətgahının təşəbbüsü ilə iyulun 14-15-də İmam Baqir (ə) adına beynəlxalq festival keçiriləcək.
AranNews, xəbər verir ki, beynəlxalq festivalın keçirilməsi üçün hazırda bir neçə hazırlıq iclası keçirilib. “Festivalın keçirilməsindən məqsəd İmam Baqir (ə) şəxsiyyətini tanıtdırmaqdır”,-deyə həzrət Abbas (ə) ziyarətgahının mədəniyyət işləri üzrə idarə rəisi Əqil Əbdülhüseyn Yasiri deyib. 
Onun sözlərinə görə, bu sayca ikinci belə beynəlxalq festivaldır ki, Kərbəlada keçirilir. 
Məlumata əsasən, festivalda müxtəlif ölkələrdən İmam Baqir (ə) şəxsiyyəti, elmi məqamı ilə bağlı məqalələr daxil olub. /Maide.Az/
  • Yazılıb
  • da (də) 2016 Jul 10
  • Göndərən مدير سايت Aran News