Rusiya hərbi yük təyyarəsi İraqa növbəti partiya Mİ-28 “Gecə ovçusu” vertolyotlarını gətirib.
AranNews, xəbər verir ki, Bu barədə İraq Müdafiə Nazirliyi rəsmi saytından açıqlama verilib. İraq Müdafiə Nazirliyi Mİ-28 vertolyotlarının terrorçulara qarşı keçirilən əməliyyatlarda istifadə edəcəyini bildirib.
İraq rəsmiləri daha öncə göndərilən yüksək döyüş qabiliyyətinə malik olan Mİ-28 “Gecə ovçusu” vertolyotlarının İŞİD işğalında olan İraq ərazilərini azad etməkdə böyük rol oynadığını qeyd ediblər.
Yeni partiya vertolyotlar barədə açıqlama verilmir. /Eastnews.org/