Tarix : 2016 Jul 10
Kod 49587

Gürcüstanda 100-ə yaxın azyaşlı dini yarışda iştirak etdi

Yarışda Gürcüstanın müxtəlif şəhər, rayon və kəndlərindən 100-ə yaxın (7-13 yaşlı yaxşı oxuyan) yeniyetmələr suallara cavab verməklə dini bilgilərini sınayıb.
Arannews- Iyulun 9-da  Tbilisi Cümə məscidində «Din kursları”nda oxuyan şagirdləri arasında “Dinimizi öyrənək” kitabından müsabiqə təşkil olunub.
Yarışda Gürcüstanın müxtəlif şəhər, rayon və kəndlərindən 100-ə yaxın (7-13 yaşlı yaxşı oxuyan) yeniyetmələr suallara cavab verməklə dini bilgilərini sınayıb.  
Yaxında müsabiqənin qalibləri və onların müəllim və müəllimələri Bütün Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən müəyyənləşib nəfis hədiyyələrlə mukafatlandırılacaqlar.
Qeyd edək ki, ötən il və neçə ay öncə BGMİnin təşkilatçılığı ilə Qurani-Kərimin üzündən düzgün oxunuşu sahəsində də müsabiqələr keçirildi. Qaliblər və ustadları dəyərli hədiyyələrlə mükafatlandırıldı.

  • Yazılıb
  • da (də) 2016 Jul 10
  • Göndərən مدير سايت Aran News