Tarix : 2016 Jul 10
Kod 49589

İran prezidenti Azərbaycana səfər edəcək

səfərin məqsədi Azərbaycan və Rusiya prezidentləri ilə üçtərəfli görüşdə iştirak etməkdir.
Arannews- İran prezidenti Həsən Ruhani avqust ayında Azərbaycana iki günlük səfər edəcək.
səfərin məqsədi Azərbaycan və Rusiya prezidentləri ilə üçtərəfli görüşdə iştirak etməkdir. 
görüşdə üçtərəfli sənədin imzalanması gözlənilir.
Həmçinin İran prezidentinin gündəliyinə prezident İlham Əliyev və Vladimir Putinlə ayrı-ayrılıqda görüşlər daxildir: “Səfər çərçivəsində Azərbaycan və İran prezidentləri daha əvvəl imzalanmış razılaşmalara nəzər yetirəcək, ikitərəfli əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edəcəklər”.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bir neçə gün əvvəl Putinin avqust ayında Bakıya səfərinin hazırlandığını bildirib. 


  • Yazılıb
  • da (də) 2016 Jul 10
  • Göndərən مدير سايت Aran News