İsrail mətbuatının ordunun Qəzzada müqavimət qüvvələrinin qazdıqları tunellərə qarşı bir sıra layihələr həyata keçirəcəyi barədə məlumat yaydığı bildirilib.
AranNews, xəbər verir ki, İsraildə nəşr olunan "Yediot Aharanoot" qəzeti Müdafiə Nazirliyi rəsmiləri ilə ordudakı yüksək rütbəli zabitlərin bir araya gəlib tunellər üçün bir sıra plan üzərində işlədiklərini və yaxın gələcəkdə bu planların həyata keçiriləcəyini qeyd edib. Qəzet verdiyi xəbərdə planın çox hissədən ibarət olduğunu bildirərək, tunellərin yerlərini müəyyən etmək üçün son texnologiyayla işləyən cihazların istifadə edilməsinin, İsrail və Misir arasında olan divar kimi Qəzza sərhədinə də divar inşa edilməsinin, açılan atəşlərə qarşı erkən xəbərdarlıq sistemlərinin inşa edilməsinin bu planın yalnız bir hissəsi olduğunu ifadə edib. 2.2 milyardlıq layihə daha əvvəl büdcə çatışmazlığı səbəbindən dayandırılıb. Ancaq Qəzza sərhədinə yaxın bölgələrdə yaşayan yəhudilərin təzyiqləri nəticə plan yenidən gündəmə gəlib.