Tarix : 2016 Jul 10
Kod 49592

Ceyms Appaturay: "Qarabağ münaqişəsində status-kvo uzun müddət davam edə bilməz"

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi: "Vəziyyət yenidən gərginləşə bilər və münaqişənin tənzimlənməsi üçün daha çox səy göstərilməsi vacibdir".
Arannews- "Dağlıq Qarabağ münaqişəsində status-kvo uzun müddət davam edə bilməz və statius-kvo danışıqlar yolu ilə dəyişilməlidir".
bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib.
 "Şübhəsiz ki, biz NATO-nun vacib tərəfdaşları olan Ermənistan və Azərbaycan arasında baş verənləri izləyirik. 
Vəziyyət yenidən gərginləşə bilər və münaqişənin tənzimlənməsi üçün daha çox səy göstərilməsi vacibdir. Hazırda danışıqlar masasında bir çox ideya var. Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri, onun ardınca ermənistanlı həmkarı NATO-da olub və onlar öz yanaşmalarını çox dəqiq şəklidə təqdim etdilər. Biz həqiqətən də inanırıq ki, status-kvo uzun müddət davam edə bilməz və danışıqlar yolu ilə dəyişilməlidir", - deyə C. Appaturay qeyd edib.


  • Yazılıb
  • da (də) 2016 Jul 10
  • Göndərən مدير سايت Aran News