Tarix : 2016 Jul 10
Kod 49595

15 yaşlı məktəbli: "İstanbula gedib hamını partladacaqdım"

internetdən terror təşkilatı üzvləri ilə tanış olan 15 yaşlı lisey tələbəsi E.N., silahlı təlim almaq və kamikadze olmaq üçün həmyaşıdı B.Ö.-nü də razı salaraq evdən qaçıb.
AranNews, xəbər verir ki, Bursada yaşayan 15 yaşlı E.N. və İzmirdə yaşayan B.Ö., ötən həftə yoxa çıxıblar. 2 dostun sosial media hesablarını araşdıran ailələri, E.N.nin terror təşkilatı üzvləri ilə yazışaraq kamikadze hücumları haqqında məlumat aldığını öyrənəndə polisə müraciət edib.
İddiaya görə, təşkilat üzvləri ilə görüşmək üçün İzmirin Dikili rayonuna gedən, oradan da düşərgəyə qoşulmağa hazırlaşan uşaqlar pulsuz qalıb və telefonlarını satıblar. İş yeri sahibi sosial mediada itkin kimi axtarılan uşaqları tanıyıb və kamera görüntülərini ailələrinə göndərib. Dikiliyə gedən ailələr uşaqlarını bir restoranda yemək yeyərkən tapıb. Terrorla Mübarizə Şöbəsinə ifadə verən və anasına yaşadıqlarını danışan məktəbli E.N.nin "İnternetdən tanış olduğum bir qız mənə 3 ay təlim təşkil edəcəkdi.
Təlimdən sonra İstanbula gedib hər kəsi partladacaqdım", dediyi məlum olub. Polis apardığı işlər nəticəsində "Müslin" adlı 20 yaşlarında bir qadının E.N. ilə yazışaraq, "Təşkilatın Dikili yay düşərgəsi var. Təlim alacaqsan. Sonra da silahlı və bombalı aksiyalar üçün İstanbula göndəriləcəksən. Düşərgədə daha azad olacaqsan", -deyə aldatdığını müəyyən edib. Ana N.N., "Bütün ailələr uşaqlarının sosial media hesablarına nəzarət etsinlər. Təşkilat uşaqları tələyə salır", deyib. E.N.nin qaçmazdan əvvəl "Kamikadze olacağam, özümü partladacağam. İnsan öldürsəm, neçə il yataram, uşaq həbsxanaları necədir?" kimi suallar soruşduğu məlum olub. /ABNA/
  • Yazılıb
  • da (də) 2016 Jul 10
  • Göndərən مدير سايت Aran News