Tarix : 2016 Jul 11
Kod 49598

politoloq: "İşğal edilmiş torpaqlar boşaldılmasa bölgədə sülh olmayacaq"

Qabil Hüseynli: "İşğal edilmiş torpaqlar boşaldılmasa, aqressiv separatizmin kökü kəsilməsə, bölgədə sülh olmayacaq".
Arannews- Rusiya hazırda Dağlıq Qarabağ probleminin həll variantlarını hazırlayır. Bu isə Lavrovun Dağlıq Qarabağla bağlı yol xəritəsi adlandırılan və Rusiya hökumətinin məsələnin həllinə dair ilkin təkliflər variantıdır. Sözsüz ki, qarışılıqlı razılaşmadan sonra sənəd halına düşəcək.
Bu sözlər politoloq Qabil Hüseynlinin deyib.
Sabiq dövlət müşaviri Lavrov planında Azərbaycanı narahat edən ciddi məqamların olduğunu deyib:
 “Ən mühüm məqam Dağlıq Qarabağın statusu məsələsidir. Üstəlik, ermənilər Vardenisdən Ağdərəyə çəkilən 2-ci yolun Laçın koridoru kimi statusa malik olmasını həmin plana daxil etdirə biliblər. Çox qəribədir ki, Rusiya da Kəlbəcəri ikiyə bölən belə bir yola etiraz etmir. Ermənistan açıq surətdə Laçın və Kəlbəcər məsələsini ayrıca bir müzakirə mövzusu kimi dilə gətirir. Bu, sırf danışıqlar prosesini əngəlləmək məqsədi daşıyır. Bütün bunlara baxmayaraq, Azərbaycan öz həll variantını irəli sürür və Dağlıq Qarabağa xüsusi status verilə bilməz. İkinci yol məsələsi isə Kəlbəcərin qızıl, Ağdərənin kömür ehtiyatlarının mənimsənilməsinə hesablanıb”.
Politoloq hazırda Qarabağ məsələsi ətrafında gedən qızğın müzakirələrdə super dövlətlərin məsələnin sülh yolu ilə həllinə dair təkliflərinə də münasibət bildirib:
 “İşğal edilmiş torpaqlar boşaldılmasa, aqressiv separatizmin kökü kəsilməsə, bölgədə sülh olmayacaq. Ermənilərin Böyük Ermənistan planının sonu yoxdur. Növbəti danışıqlarda hər cür sürprizlər mümkündür”.
Q.Hüseynli qarşıdakı danışıqlar prosesinin gərgin keçəcəyini bildirib:
 “Növbəti müharibə dağıdıcı olacaq və Ermənistanı yerlə-yeksan edəcək. Ona görə də Rusiyanın tutduğu mövqedən çox şey asılıdır. Hazırda Qarabağın azad edilməməsinin yeganə səbəbi Rusiya sülhyaratma variantında hələ ki, beynəlxalq hüquq normalarının öz əksini tapmamasıdır”.


  • Yazılıb
  • da (də) 2016 Jul 11
  • Göndərən مدير سايت Aran News