Türkiyənin Mardin bölgəsinin Artuklu rayonuna bağlı Cevizli kəndindəki jandarm bölməsinə PKK tərəfindən hücum edilib.
AranNews-un verdiyi xəbərə görə, Türkiyənin Mardin bölgəsinin Artuklu rayonuna bağlı Cevizli kəndindəki jandarm bölməsinə PKK tərəfindən təşkil olunan hücumda ilkin məlumatlara əsasən, 1 hərbçi həyatını itirib, mülki vətəndaşlar da daxil olmaqla 10 nəfər yaralanıb.
Yerli vaxtla saat 13:00 radələrində PKK üzvləri Cevizli Jandarm Bölməsinə bomba yüklü avtomobillə hücum təşkil edib. Bomba yüklü nəqliyyat vasitəsini partladan PKK-çılar qarovulxananı atəşə tutub, təhlükəsizlik qüvvələri onlara qarşı cavab atəşi açıb.
Yaralı 6 hərbçi Mardindəki xəstəxanada müalicə altına alınıb. Bölgəyə sövq edilən qüvvələr genişmiqyaslı əməliyyata başlayıb. /Eastnews.org/