Mitinqdə çıxış edənlər Sarkisyan hakimiyyətinin apardığı siyasəti kəskin tənqid edərək,...
Arannews- Dünən Yerevanda siyasi məhbuslara azadlıq tələbi ilə mitinq keçirilib.mitinq Ermənistan müxalifətinin bir müddət əvvəl uydurma və siyasi motivli ittihamlarla həbs edilmiş lideri Jirayr Sefilyanın ad gününə həsr olunub.
Mitinqdə çıxış edənlər Sarkisyan hakimiyyətinin apardığı siyasəti kəskin tənqid edərək, beynəlxalq ictimaiyyəti Ermənistanda insanların fundamental haqlarının davamlı, ardıcıl və metodiki şəkildə pozulmasına qarşı adekvat reaksiya verməyə çağırıblar.